Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə qaydaları

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəa

1.1. Bu qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 33.1-ci və 36.2-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə qaydalarını, o cümlədən gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, onlardan istifadə edilməsi və informasiyanın sənədləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir.

 

2. İnformasiya sistemlərinə və texnologiyalarına dair əsas tələblər

2.1. Gömrük işində informasiya sistemləri (bundan sonra - informasiya sistemləri) aşağıdakıları təmin etməlidir:

2.1.1. gömrük informasiya ehtiyatlarında axtarış, yığım, emal və saxlama imkanlarını;

2.1.2. gömrük orqanlarının vəzifəli şəxslərinə, onlara verilmiş səlahiyyətlər çərçivəsində gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarına giriş imkanlarının verilməsini;

2.1.3. istifadəçi hüquqlarına görə gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarına giriş dərəcəsinin müəyyən olunmasını;

2.1.4.  işləmə etibarlılığını və proqram-texniki nasazlıqlara dayanıqlılığını;

2.1.5. sistem vasitəsilə alınan informasiyanın doğruluğunu, tamlığını və vaxtında təqdim olunmasını;

2.1.6. digər informasiya sistemləri ilə inteqrasiyanı;

2.1.7. texniki proqram vasitələrinin yeniləşdirilməsini sistemə yeni elementlərin daxil edilməsi yolu ilə onun genişləndirilməsini yeniləşdirilməsini;

2.1.8. informasiya sisteminə daxil olan informasiya ehtiyatlarının mühafizəsini.

2.2. İnformasiya sistemləri işin səmərəliliyinin artırılmasına xidmət etməlidir.

2.3. Gömrük orqanları tərəfindən yaradılan alınan informasiya sistemləri, informasiya texnologiyaları onların təminat vasitələri dövlət mülkiyyətidir.

2.4. Gömrük orqanları onların istifadəsində olmayan informasiya sistemlərindən, informasiya texnologiyalarından onların təminat vasitələrindən müqavilə əsasında istifadə edə bilər.

2.5. İnformasiya sistemlərinə daxil edilən, emal olunan saxlanılan informasiyalar istifadəçilərin gömrük işinə dair ehtiyaclarını ödəməlidir.

 

3. Gömrük işində informasiya sistemləri, informasiya texnologiyaları onların təminat vasitələri

3.1. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından onların təminat vasitələrindən istifadə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi (bundan sonra - VAİS) vasitəsilə həyata keçirilir.

3.2. VAİS-in yaradılmasının əsas məqsədi gömrük xidmətinin səmərəliliyinin artırılmasıdır.

3.3. VAİS aşağıdakılardan təşkil olunmuşdur:

3.3.1. normativ məlumat bazalarından;  

3.3.2. operativ məlumat bazalarından;

3.3.3. statistik məlumatlardan;

3.3.4. gömrük xidmətinin korporativ şəbəkəsindən;

3.3.5. lokal şəbəkələrdən;

3.3.6. kompyuterlərdən digər şəbəkə hesablama avadanlıqlarından.

3.4. VAİS-in yaradılmasında inkişaf etdirilməsində məqsəd aşağıdakılardır:

3.4.1. kompyuter, telekommunikasiya texnikaları informasiya texnologiyaları sahəsində son nailiyyətlər əsasında VAİS-in texniki-proqram təminatının inkişaf etdirilməsi;

3.4.2. elektron sənədlərin tətbiqi gömrük sənədlərinin işlənməsində kağızsız texnologiyadan istifadə edilməsi;

3.4.3. gömrük orqanlarının vahid informasiya məkanının yaradılması;

3.4.4. gömrük orqanları ilə digər dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında qarşılıqlı informasiya əlaqələri üçün səmərəli mexanizmin yaradılması;

3.4.5. gömrük prosedurlarının, texnologiyalarının, normativ hüquqi aktlarının sənədlərinin formalaşdırılması;

3.4.6. uzunmüddətli nəzarət tələb edən prosedurlar (beynəlxalq daxili tranzit, müvəqqəti saxlanc, gömrük anbarlarında saxlanc, sərbəst zona, müvəqqəti idxal, müvəqqəti ixrac, son istifadə, malların daxildə xaricdə emalı) üzrə mallara nəzarət izləmə sisteminin yaradılması;

3.4.7. şərti qaydada buraxılan malların tam rəsmiləşdirilməsi üçün nəzarətin həyata keçirilməsi;

3.4.8. hesabat xarakterli işlərə sərf olunan vaxtın azaldılması;

3.4.9. istifadəçilərə fasiləsiz xidmətin həyata keçirilməsi onların gömrük orqanları ilə əlaqə rahatlığının yüksəldilməsi.

3.5. VAİS aşağıdakıları təmin etməlidir:

3.5.1. gömrük orqanlarına dövlət orqanlarına gömrük işi, o cümlədən xarici ticarətin gömrük statistikası üzrə məlumatların çatdırılmasını;

3.5.2. gömrük orqanlarının təşkilati-iqtisadi idarəçilik sisteminin təkmilləşdirilməsini;

3.5.3. malların nəqliyyat vasitələrinin gömrük nəzarətinin gömrük rəsmiləşdirilməsinin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini;

3.5.4. gömrük ödənişlərinin hesablanmasına ödənilməsinə mərkəzləşdirilmiş qaydada nəzarəti;

3.5.5. malların nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə yardımı;

3.5.6. qaçaqmalçılıq gömrük qaydalarının pozulması ilə mübarizəyə informasiya dəstəyini;

3.5.7. gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsini.

 

4. Gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması ondan istifadə

4.1. Gömrük orqanlarının informasiya ehtiyatları (bundan sonra - informasiya ehtiyatları) gömrük əməliyyatlarını həyata keçirən şəxslərin Gömrük Məcəlləsinə digər qanunvericilik aktlarına uyğun olaraq, gömrük orqanlarına təqdim etdikləri sənədlər məlumatlar əsasında formalaşdırılır.

4.2. İnformasiya ehtiyatları dövlət mülkiyyətidir.

4.3. İnformasiya ehtiyatları aşağıdakı əsas prinsiplər əsasında formalaşdırılır istifadə edilir:

4.3.1. informasiyaların həqiqiliyi, dəqiqliyi tamlığı;

4.3.2. informasiyaların vaxtında təqdim edilməsi;

4.3.3. informasiya təhlükəsizliyinin təmin olunması;

4.3.4. şəxslərin hüquqlarının qanuni maraqlarının qorunması;

4.3.5. gömrük orqanlarının fəaliyyətinin təmin edilməsi.

4.4. Gömrük orqanları tərəfindən formalaşdırılan informasiyalar yalnız gömrük məqsədləri üçün istifadə edilir.

4.5. İnformasiya ehtiyatları aşağıdakı prosedurları texnoloji prosesləri həyata keçirərkən formalaşdırılır istifadə edilir:

4.5.1. informasiyanın daxil edilməsi alınması;

4.5.2. informasiyanın yığılması, emalı, axtarışı, təhlili ötürülməsi;

4.5.3. dövlət sərhədindən keçirilən malların nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi gömrük nəzarəti prosedurları;

4.5.4. qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük orqanlarının digər dövlət yerli özünüidarə orqanları ilə təşkilatlarla qarşılıqlı informasiya əlaqələri;

4.5.5. normativ hüquqi aktlar əsasında müəyyən edilmiş qaydalara əsasən, digər ölkələrin gömrük xidmətləri digər səlahiyyətli orqanları ilə informasiya əlaqələri;

4.5.6. VAİS-in işlənilməsi inkişaf etdirilməsi;

4.5.7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) internet saytının intranet portalının formalaşdırılması istifadə edilməsi;

4.5.8. kargüzarlıq arxiv işi üzrə Komitənin normativ hüquqi aktlarına uyğun olaraq gömrük orqanlarının sənəd təminatı.

4.6. İnformasiya ehtiyatlarının uyğunluğu, qarşılıqlı əlaqələri tamlığı aşağıdakı əsas prinsiplərin gözlənilməsi ilə təmin edilir:

4.6.1. bütün sistem üçün vahid təsnifatların tətbiqi;

4.6.2. VAİS üçün, o cümlədən elektron imzadan istifadə etmək daxil olmaqla, vahid məlumatların format-məntiqi yoxlanılması qaydalarının tətbiqi.

4.7. İnformasiya ehtiyatlarının internetdə formalaşdırılması istifadəsi müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.

4.8. Gömrük orqanları informasiya ehtiyatlarının formalaşdırılması istifadəsi zamanı aşağıdakıları təmin etməlidir:

4.8.1. məlumatlar bazasının təhlükəsizliyinin təmin edilməsi etibarlı sistemlərdən istifadə etməklə emal olunması;

4.8.2. informasiyanın itkisinin, təhrif olunmasının saxtalaşdırılmasının qarşısının alınması;

4.8.3. icazəsiz məhvetmə, dəyişdirmə, təhrifetmə, köçürmə, bloklama, habelə informasiya ehtiyatlarına digər qanunsuz müdaxilə hallarının qarşısının alınması.

4.9. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə informasiyanın əldə edilməsinə qoyulmuş məhdudiyyətlər istisna edilməklə, gömrük orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır.

4.10. Açıq informasiyalar Komitənin rəsmi internet saytında (www.customs.gov.az) yerləşdirilir.

 

5. İnformasiyanın sənədləşdirilməsi

5.1. Qanunvericiliyə uyğun olaraq, VAİS-dən alınmış kağız sənəd gömrük orqanının vəzifəli şəxsi tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur.

5.2. İnformasiya sistemlərində dövr edən sənəd həmçinin elektron imza vasitəsilə təsdiq edilir.

5.3. Elektron imzadan istifadə elektron imza haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

 

Azərbaycan.- 2012.- 5 avqust.- S. 3.