Ramiz Quliyev: Qəbələ
əyalət şəhərindən Şərq və Qərb
musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə
çevrilir
"Qəbələ festivalı çox az sayda olan musiqi tədbirlərindəndir ki, burada dünya şöhrətli bəstəkarlar S.Raxmaninovun, F.Şopenin, V.A.Motsartın, D.Şostakoviçin, P.Çaykovskinin, C.Verdinin, Ü.Hacıbəylinin, Q.Qarayevin əsərləri həm kamera musiqisi zalında, həm də açıq səma altında, qeyri-adi səhnədə, təbii akustikada və uca dağların, sıx meşələrin qoynunda səslənir".
AzərTAc xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının konsertlərini yaxından izləyən xalq artisti, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, festivalın davam etdiyi günlərdə Qəbələnin əhatə olunduğu dağların səssizliyini musiqi ritmləri pozur.
Xalq artisti son illər Azərbaycanda mədəniyyətin inkişafına dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verildiyini, ölkədə musiqi ilə bağlı çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirmişdir.
Ramiz Quliyev
demişdir: "Qəbələ IV Beynəlxalq
Musiqi Festivalı Azərbaycan mədəniyyətini
dünyaya təqdim etmək üçün ən yaxşı fürsətdir.
Onu da inamla
deyə bilərəm ki, artıq Qəbələ
əyalət şəhərindən milli
və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə
çevrilir. Bu festival
günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya
bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi,
gənc ifaçılarla dünya
şöhrətli musiqiçilərin eyni
səhnəni bölüşmələri buna
əyani sübutdur. Burada
klassik və kamera musiqisi ilə yanaşı,
muğamlarımızın da ifa olunması hamıda xoş
ovqat yaradır. Mən festivalda çox zəngin
olan, insanları hər zaman
heyrətləndirən və dünyada
özünəməxsusluğu ilə seçilən Azərbaycan
muğamının yenə də yerli və
xarici ölkə
tamaşaçılarının böyük
marağına səbəb olduğunu gördüm".
Azərbaycan.- 2012.- 5 avqust.- S. 6.