Aleksandr Akimov:
Tamaşaçılar musiqinin müxtəlif
janrlarının təbliğ olunduğu
Qəbələ festivalından uzun illər
zövq alacaqlar
"Hər dəfə Qəbələdə səhnəyə çıxdığımız zaman tamaşaçı alqışları ilə əhatə olunuruq. Bu, musiqiçi üçün vacib bir hissdir. Qəbələdə görkəmli sənət adamları ilə birgə konsertlər veririk. Mən çəkinmədən deyə bilərəm ki, burada özümü çox xoşbəxt hiss edirəm".
AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Rusiya Musiqi Akademiyasının müəllimi, "Moskva virtuozları" kamera orkestrinin konsertmeysteri viola ifaçısı Aleksandr Akimov jurnalistlərə müsahibəsində demişdir. O, belə möhtəşəm festivalın yüksək səviyyədə təşkili üçün çox vaxt sərf olunduğunu və xeyli zəhmət çəkildiyini bildirmişdir.
A.Akimov demişdir:
"Bu gözəl məkanın
insanları çox səmimi, qonaqpərvərdirlər.
Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar
qazandım. Festival çox
yüksək səviyyədə təşkil olunmuşdur.
Qəbələyə ilk gəlişimdir
və bu günləri heç
vaxt unutmayacağam. Onu deməliyəm ki,
gözəl təbiəti olan Qəbələdə
klassik musiqi insana böyük zövq verir. Qəbələ
festivalına uzun illər və daha böyük uğurlar arzu edirəm.
İnanıram ki, uzun
illər musiqisevərlər bu festivaldan zövq alacaqlar. Burada musiqinin müxtəlif janrları təbliğ
olunur. Konsertimiz
gözəl keçdi. Auditoriyanın musiqi duyumu da
əla idi.
Azərbaycan.- 2012.- 5 avqust.- S. 6.