Azərbaycan Prezidenti İlham Əliyevin bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşü

 

Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə bp şirkətinin uzun illər ərzində uğurlu əməkdaşlığından məmnunluq ifadə edildi.

"Şahdəniz" yatağının işlənilməsi layihəsinin ikinci fazası və icra edilən digər layihələrin gedişi barədə fikir mübadiləsi aparıldı.

Görüşdə ölkəmiz ilə bp şirkəti arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 avqust.- S. 1.