Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydası

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmişdir                                                                                         

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 98.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və gömrük orqanları tərəfindən aparılan auditin nəticələrinə dair aktın formasını və tərtib edilmə qaydasını müəyyən edir.

1.2. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərinin yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılan tədbirlərdir.

1.3. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir.

1.4. Ümumi gömrük auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. Auditin aparılması şəxsin istehsalkommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir.

1.5. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həmin qərarın qəbul edildiyi gündən 2 (iki) aydan gec olmayaraq başa çatdırılmalıdır. Xüsusi gömrük auditinin eyni şəxsə eyni mala münasibətdə təkrarən aparılmasına icazə verilmir.

 

2. Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktın forması tərtib olunma qaydası

2.1. Aparılmış gömrük auditinin nəticələri gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktla (bundan sonra - akt) rəsmiləşdirilir.

2.2. Akt gömrük auditinin başa çatdığı gündən 10 (on) gün müddətində iki nüsxədə tərtib olunur onun bir nüsxəsi barəsində gömrük auditi aparılmış şəxsə təqdim edilir.

2.3.  Akt bu Qaydanın əlavəsinə uyğun formada tərtib edilir.

2.4. Akt ümumi, analitik, təyinedici yekun hissələrdən ibarət olur. Akta qoşmalar əlavə edilir.

2.5. Ümumi hissədə auditin forması, başlandığı başa çatdığı tarix, auditi həyata keçirən gömrük orqanlarının işçiləri (müştərək gömrük auditi aparıldıqda gömrük vergi orqanlarının işçilərindən ibarət komissiya üzvləri), yoxlanılan şəxs onun fəaliyyət növü barədə məlumatlar əks olunur.

2.6. Analitik hissədə yoxlanılan şəxsin audit dövründə gömrük sahəsində fəaliyyəti barədə ətraflı məlumat əks olunur, audit zamanı komissiya tərəfindən görülmüş tədbirlər (gizlədilmiş sənədlərin aşkar olunması, müvafiq sorğunun göndərilməsi ya malların ekspertizaya göndərilməsi) bəndlər üzrə qeyd edilir.

2.7. Təyinedici hissədə gömrük auditinin aparılması nəticəsində aşkar olunmuş müvafiq qanunvericiliyin tələblərinə əməl olunmaması faktları, həmçinin cinayət ya inzibati hüquqpozma əlamətləri yol verilmiş nöqsanlar barədə məlumatlar əks olunur.

2.8. Audit nəticəsində bu qaydanın 2.7-ci bəndində göstərilən faktlar əlamətlər aşkar olunmadığı hallarda, bu barədə qeydlər aktın təyinedici hissəsində öz əksini tapmalıdır.

2.9. Akta yoxlanılmış yalnız sənədlərlə təsdiqlənmiş faktlar daxil edilməlidir. Müxtəlif xarakterli nəticələrin, gümanların, sənədlərlə təsdiqlənməmiş məlumatların akta daxil edilməsinə yol verilmir.

2.10. Aktda qanunvericilik aktlarının pozulmasının konkret predmeti qeyd edilir, aşkar olunan ödənilməmiş ya qismən ödənilməmiş gömrük ödənişlərinin ümumi məbləği, habelə akt üzrə qərarın qəbul olunması üçün əhəmiyyətə malik olan məlumatlar göstərilir qeyd olunan pozuntuların (uyğunsuzluqların, çatışmazlıqların) aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi əks olunur.

2.11. Yekun hissədə akt komissiya üzvləri barəsində gömrük auditi aparılmış hüquqi şəxsin rəhbəri, onu əvəz edən şəxs ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır yoxlanılan tərəfin möhürü ilə təsdiq olunur.

 

 

Azərbaycan.- 2012.- 7 avqust.- S. 2.