Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 172 Bakı şəhəri, 3 avqust 2012-ci il

 

"İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən  müavinətin məbləğinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 152 nömrəli qərarında  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)"nın "İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)"nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:  

"İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 152 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 579; 2010, ¹ 5, maddə 476) 1-ci hissəsində "200" rəqəmi "400" rəqəmi ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 7 avqust.- S. 2.