Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 175 Bakı şəhəri, 6 avqust
2012-ci il
"Ali təhsilin
bakalavriat səviyyəsi
ixtisaslarının (proqramlarının)
Təsnifatı"nın təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
"Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən
və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin
təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 1, maddə 29, ¹ 4, maddə
287; 2011, ¹ 3, maddə 230, ¹ 11, maddə 1069; 2012,
¹ 4, maddə 387) ilə
təsdiq edilmiş
"Ali təhsilin bakalavriat
səviyyəsi ixtisaslarının
(proqramlarının) Təsnifatı"nın
"6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsində
"Dəniz texnikası
və texnologiyası mühəndisliyi" sözləri
"Gəmiqayırma və
gəmi təmiri mühəndisliyi" sözləri
ilə, "Dəniz texnikası və avadanlıqlarının istismarı
mühəndisliyi" sözləri
"Gəmi energetik qurğularının istismarı
mühəndisliyi" sözləri ilə, "Gəmiçilik
və gəmilərin
hərəkətinin idarə
edilməsi" sözləri
"Dəniz naviqasiyası
mühəndisliyi" sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 8 avqust.- S. 1.