Azərbaycanda kənd
təsərrüfatı məhsullarının
istehsalçılarına verilən subsidiyalar
artırılmışdır
Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, kənd təsərrüfatı naziri İsmət Abasovun sədrliyi ilə keçən iclasda 60 rayon (şəhər) komissiyasının yanacaq və motor yağları ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi üçün təqdim etdiyi materiallar, habelə 2011-ci il və 2012-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılmış mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi barədə məsələlər müzakirə edilmiş və qərar qəbul edilmişdir.
Nazir İsmət Abasov bildirmişdir ki, ümumilikdə 1 milyon
418 min 528 hektar əkin
sahəsi üçün 40 manatdan hesablanmış vəsaitlər 56 milyon 441 min 139 manat təşkil etmişdir.
Bu vəsait
ötən il
verilən vəsaitdən
3 milyon 964 min 845 manat çoxdur. Bu günlərdə
Kənd Təsərrüfatı
Nazirliyi bu vəsaitlərin
"Kapital Bank"a
ayrılması
ilə bağlı
Maliyyə Nazirliyinə
müraciət edəcəkdir.
Nəticədə kənd
təsərrüfatı məhsullarının
istehsalçıları plastik
kartları vasitəsilə
bu vəsaitləri hesablarından çıxarda
biləcəklər. Artıq
fermerlər subsidiyaları
avqustun sonu, sentyabrın əvvəlindən
etibarən ala biləcəklər.
Ümumilikdə 398 min 715 istehsalçı
dövlətin ayıracağı
yardımdan bəhrələnəcəkdir.
Nazir diqqətə çatdırmışdır
ki, ümumi satılan gübrələrin
miqdarı 11 min 878,425 ton təşkil
etmişdir. Bunun üçün ayrılacaq
vəsait isə 2 milyon 284 min 252 manat təşkil etmişdir.
İsmət Abasov vurğulamışdır
ki, Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində görülən
tədbirlər öz
müsbət bəhrəsini
verir. Ötən ilin birinci yarısı
ilə müqayisədə
bu il bütövlükdə
kənd təsərrüfatı
məhsullarının istehsalı
10,4 faiz artmışdır.
Nazir bildirmişdir ki, iqlim dəyişikliyi və digər amillər dünyanın bir sıra ölkələrində
məhsul istehsalını
xeyli aşağı saldığı halda, Azərbaycanda isə əksinə, görülən tədbirlərin
nəticəsində məhsul
istehsalı artmışdır.
Azərbaycan.- 2012.- 8 avqust.- S. 3.