Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 171 Bakı şəhəri, 3 avqust 2012-ci il

 

"Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin təsdiq edilməsi haqqında

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  5 sentyabr tarixli  156 nömrəli fərmanının 1.25-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" təsdiq edilsin (əlavə olunur).

 

 

Artur RASI-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarına əlavələrlə Nazirlər Kabinetinin  internet saytında (cabmin.gov.az) tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 9 avqust.- S. 1.