Yeni yerlərinin açılması iqtisadi inkişafın təcəssümüdür

 

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına başlanıldığı  2004-cü ilin fevralından bu yana ötən 8 il yarımın iqtisadi yekunları ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf modelinin praktikada özünü doğrultduğunu təsdiqləyir. Bu dövrdə qazanılmış nailiyyətlər həm də ölkə rəhbərliyinin inkişaf kursunun təməlində dərindən düşünülmüş elmi-iqtisadi əsasların, dövlətin və xalqın maraqlarının təmin olunmasının dayandığını göstərir.

Dünyada maliyyə və iqtisadi böhranın kəskin şəkildə tüğyan etdiyi illərdə Azərbaycanda ümumi daxili məhsul istehsalında artım baş verdi, makroiqtisadi vəziyyət sabit olaraq qaldı. Diqqəti çəkən əsas məqamlardan biri də respublikamızda inkişafın yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşımasıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələlərdən biri insan amilidir. İnsanın həyatını yaxşılaşdırmağa xidmət etməyən heç bir iqtisadi inkişaf öz məqsədinə, yüksək amallara nail ola bilməz. Bu mənada insanların sosial rifahının, həyat tərzinin yaxşılaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biridir. Əgər son 8,6 ilin dinamikasına nəzər salsaq, ardıcıl surətdə cəmiyyət üzvlərinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığının şahidi olarıq. İstər insanların əməkhaqlarının yüksəldilməsi, istər pensiyaların artırılması, istər aztəminatlı ailələrin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurlarıdır.

Təbii ki, insanların güzəranının daha da yaxşılaşdırılması yalnız maaşların, pensiya və müavinətlərin artırılması ilə yekunlaşmır. Bu istiqamətdə ən vacib məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Fərəhli haldır ki, son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən misilsiz nailiyyətlər bu məqsədin də uğurla reallaşmasına şərait yaradıb. Azərbaycanda işsizliklə bağlı məsələlər çox uğurla həll olunur, bu istiqamətdə çox önəmli addımlar atılır. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilib, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yerlərinin açılmasına səbəb olub.

Bütövlükdə bu müddətdə ölkəmizdə böyük əksəriyyəti daimi olmaqla 1 milyondan artıq yeni yeri açılıb. Bu, 1 milyondan artıq insanın həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir. Yeni yerlərinin 90 faizdən çoxu özəl sektorun payına düşür ki, bunun da əsas hissəsi qeyri-neft sektorunda formalaşıb. Bunların arasında tikinti, istehsal, emal sənayesi, əhaliyə xidmətlərin göstərilməsi və digər sahələr üstünlük təşkil edir.

Bu ilin birinci yarısında da yeni yerlərinin açılması sahəsində vəziyyət ürəkaçandır. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə deyib: "Ötən dövr ərzində, yəni ilin 6 ayında 46 min yeni yeri açılmışdır ki, onlardan 37 mini daimi yeridir. Bu proses davam edirbu, təbiidir. Çünki demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrikyeni zavod tikilir, insanların məşğulluğu artır".

Qeyd etdiyimiz kimi, yeni yerlərinin açılmasında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin ardıcıllıqla və uğurla yerinə yetirilməsi mühüm rol oynayır. Birinci dövlət proqramının həyata keçirildiyi 2004-2008-ci illərdə və ikinci dövlət proqramının icrasından ötən 3 il ərzində ölkənin bütün regionlarını əhatə etməklə minlərlə yeni istehsal və xidmət müəssisəsi yaradılıb ki, bunun da əksəriyyəti regionların payına düşür. Yeni müəssisələr bölgələrdə mövcud iqtisadi potensialdan düzgün istifadə edilməsinə, regionlarda məhsul istehsalının artmasına və tarazlı inkişafa, xidmətlərin səviyyəsinin yüksəlməsinə xidmət etməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yoxsulluğun aradan qaldırılmasıdır. Yaşayış səviyyəsinin yüksəlməsi, insanların maddi gəlirlərinin artması ilə yanaşı, yeni yerlərinin açılması da öz növbəsində yoxsulluq həddində yaşayanların sayının sürətlə azalmasına səbəb olur. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 8 ildən artıq müddətdə yoxsulluq şəraitində yaşayanların sayı dəfələrlə aşağı düşüb. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq yaxın bir neçə ildə Azərbaycanda, ümumiyyətlə, yoxsulluq həddində yaşayan insan qalmayacaq. Buna nail olmaq Azərbaycanda sosial-iqtisadi siyasətin əsas məqsədlərindən birini təşkil edir. Ölkəmizdə yeni yaradılan yerləri də bu istiqamətdə atılan vacib addımlardan biridir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 9 avqust.- S. 1.