Tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərov son mənzilə yola salınmışdır

 

Avqustun 8-də Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Murtuz Ələsgərovla vida mərasimi keçirilmişdir.

Vida mərasimində dövlət və hökumət  rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi Mədəniyyət Mərkəzinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdur. Cənazənin önünə ictimai-siyasi xadimalimin müxtəlif illərdə aldığı ordenmedallar düzülmüşdü. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur. Cənazənin ətrafına Heydər Əliyev Fondu, hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Murtuz Ələsgərovun həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri axın-axın Mədəniyyət Mərkəzinin binasına gəlir, görkəmli alimə gözəl insana son borclarını verirdilər.

Mərasimdə təhsil naziri Misir Mərdanov, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev çıxış edərək M.Ələsgərovun müstəqil Azərbaycanın çiçəklənməsi inkişafı naminə gördüyü əvəzsiz işlərdən zəngin elmi yaradıcılığından danışmış, mərhumun ailəsinə dərin hüznlə başsağlığı vermişlər.

Bildirilmişdir ki, tanınmış alim Murtuz Ələsgərov hələ keçmiş sovetlər dönəmində bir çox xarici ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans simpoziumlarda elmimizi layiqincə təmsil etmişdir. Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri olan M.Ələsgərov qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik dərs vəsaitinin müəllifidir. O, Azərbaycanda beynəlxalq hüququn öyrənilməsi sahəsində gördüyü işlərlə yeni bir elmi məktəbin əsasını qoymuşdur.

Ömrünün 60 ilini Bakı Dövlət Universiteti ilə bağlamış alim bu ali təhsil müəssisəsində bir çox vəzifələri layiqincə icra etməklə yanaşı, gənc kadrların yetişməsində, püxtələşməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi almışdır, yetirmələri bu gün ölkəmizin hüquq-mühafizə orqanlarında uğurla çalışırlar.

Vurğulanmışdır ki, əsl vətəndaş kimi hər zaman Azərbaycanın haqq işinin müdafiəçilərindən biri olan Murtuz Ələsgərov prinsipiallığı, vətəndaş mövqeyi, dərin zəkası ilə seçilmişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyü suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət əzmkarlıq göstərmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi formalaşmasında fəal iştirak edən Murtuz Ələsgərov ömrünün sonunadək partiya sədrinin müavini vəzifəsində çalışmışdır.

Xüsusi olaraq qeyd edilmişdir ki, o, ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı kimi hər zaman ulu öndərin ideyalarına sadiq qalmışdır.

Bildirilmişdir ki, Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, daimi komissiya rəhbəri Milli Məclisin sədri olaraq suveren dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri əvəzsizdir. O, ölkəmizdə bir çox qanunların qanunvericilik aktlarının işlənib hazırlanmasında qəbul edilməsində yaxından iştirak etmişdir.

Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji ictimai-siyasi fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən natiqlər diqqətə çatdırmışlar ki, Bakı Dövlət Universitetində onun adına fərdi təqaüd təsis ediləcək, beynəlxalq konfranslar keçiriləcəkdir. Şərəfli ömür yaşamış Murtuz Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Vida mərasimində çıxış edən Murtuz Ələsgərovun oğlu, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov göstərdiyi diqqət qayğıya görə dövlət başçısı İlham Əliyevə ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

Sonra Murtuz Ələsgərov doğmaları yaxınlarının çiyinlərində son mənzilə yola salınmışdır.

Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.

 

 

Allah rəhmət eləsin!

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 9 avqust.- S. 2.