Azərbaycan yunan-Roma güləşi üzrə dünya beşincisi oldu

 

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Olimpiya Oyunlarını 5-ci yerdə başa vurmuşdur. Yarışa 5 güləşçi ilə qatılan komandamız 1 gümüş və 1 bürünc qazanmaqla yalnız 4 ölkədən geri qalmışdır. Bu da çempionluq sevinci yaşayan yığmalar olmuşdur.

7 çəki dərəcəsində yalnız 4 ölkənin himni səslənmişdir. İran millisi 3 çempionluqla hamını qabaqlamışdır. 2 qızıl medal qazanan Rusiya 2-ci, Cənubi Koreya ilə Kuba isə bir qızıl medalla 3-cü pilləni bölüşmüşlər. 17 ölkənin medal qazandığı yunan-Roma güləşində 5-ci yeri 3 yığma ilə bölən millimiz 1-dən artıq mükafat qazanan 8 komandadan biri olmuşdur. Ümumi medal sayında Rusiya 5 mükafat qazanmağı bacarmışdır.

Qeyd edək ki, yığmamızın 2 üzvü - Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yer tutmuş, Həsən Əliyev (60 kq), Saman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq) isə yarışı mükafatsız bitirmişlər.

 

 

Azərbaycan.- 2012.- 9 avqust.- S. 5.