Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

 

Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Ən yeni tarixə qısa ekskurs edərək xatırladaq ki, sovetlər birliyi dönəmində də Rusiya ilə Azərbaycanın münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə qurulmuşdur.

Hələ SSRİ dövründə Neydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ittifaqın iqtisadiyyatında çox mühüm rol oynayırdı. Resrublikamız benzinin yüksək növlərini, sürtkü yağlarını, neft kimyası, əlvan və qara metallurgiya məhsulları, yüksək keyfiyyətli neft avadanlığı (İttifaqda istehsal olunan bu cür avadanlığın 70 faizindən çoxu), elektrik cihazları və avadanlığı, kondisionerlər, elektronradiotexnika məhsulları, geniş çeşiddə yüngül sənaye malları istehsal edirdi. Azərbaycanın kənd təsərrüfatı məhsullarına - meyvə-tərəvəzə, konservlərə, şərablara Rusiyada böyük tələbat vardı.

Ulu öndər Neydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Rusiya-Azərbaycan münasibətləri yeni mərhələdə inkişaf dövrünə qədəm qoydu. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri ilə iki ölkə arasında qarşılıqlı münasibətlərin yeni rrinsirlərinin əsasını qoyan Bakı Bəyannaməsi imzalandı. 2002-ci ilin yanvarında ulu öndər Neydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu.

Dirlomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı mühüm rol oynadığından rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət imrulslar vermişdir. Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Ölkələrimiz və xalqlarımız arasında humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Rusiya dövlətinin inkişaf etməsi, dünya miqyasındakı nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Azərbaycan Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmışdır. Azərbaycan ilə Rusiya arasında münasibətlər geniş sahələri əhatə edir. Ölkələrimizin əməkdaşlığında uğurlu nəticələr müşahidə olunur. Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm razılıqar əldə edilmişdir. Xəzəryanı ölkələrin Bakı sammiti çox yüksək səviyyədə keçirilmiş, regional məsələlərdə ölkələrimiz arasında qarşılıqlı anlaşma yaranmışdır. Rusiyada son prezident seçkilərində böyük qələbə qazanan Vladimir Putin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi istiqamətində davamlı addımların atılacağını bildirmişdir.

Bu günlərdə "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirildi. Forum iki ölkənin Prezident administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunmuşdu. Forumu keçirməkdə məqsəd Azərbaycan ilə Rusiya Federasiyasının regionları arasında iqtisadi, elmi-texnikihumanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaqdır. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 47,4 faiz artaraq 2 milyard 828 milyon ABŞ dolları olmuşdur.

Prezident İlham Əliyev "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirmişdi: "Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir. İqtisadi, elmi-texnikihumanitar əlaqələrin dərinləşməsi hər iki ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqlarımız arasında tarixi dostluq tellərinin möhkəmlənməsinə müsbət təsir göstərir.

Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Məmnunluqla qeyd etmək istərdim ki, hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır".

Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır. Ötən il Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmində həmin regionların payı 81,7 faiz təşkil edib.

Mübadilə rroqramları vətəndaşlar, elm, mədəniyyət və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə kömək etmişdir. Həmin tədbirlərin uğurla nəticələnməsi xalqların tarixi talelərinin yaxınlığını, mədəniyyətlərin dialoqunda varisliyin saxlanılmasına səy göstərildiyini bir daha təsdiq etmişdir. Bu təşəbbüslər dövlət səviyyəsində humanitar sahədə əməkdaşlıq proqramı ilə dəstəklənir. Proqram həm qarşılıqlı əlaqələrin ənənəvi formalarını, həm də incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın yeni istiqamətlərini nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev forumda bildirib: "Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkələrimiz arasında münasibətlər xeyli mürəkkəb olmuşdur. Lakin Azərbaycanın ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdır. Məhz Heydər Əliyev 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməklə Rusiya ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynamış və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur. 2000-ci ildə Vladimir Putinin Rusiya Prezidenti seçilməsi Rusiya-Azərbaycan münasibətlərində yeni dönüş yaratmışdır. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail olmuşlar. Həmin münasibətlər bu gün də prezidentlərimizin səyləri sayəsində dinamik məcrada inkişaf edir.

Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. Dövlət başçılarının yüksək səviyyəli siyasi əlaqələri mövcuddur, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur".

Üçüncü Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində bir sıra sənədlərin imzalanması mərasimi də olmuşdur. Bu sırada Azərbaycan Dövlət İqtisad UniversitetiSankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti arasında əməkdaşlıq haqqında, Krasnodar diyarında "Mətanət-A" zavodunun inşasına dair investisiya sazişinin icrası çərçivəsində "Aqasa" şirkətinə Krasnodar diyarı ərazisində rəsmi diler səlahiyyətlərinin verilməsinə dair müqavilə imzalanmışdır.

Üçüncü Rusiya-Azərbaycan regionlararası forumu yekun Bəyannamənin imzalanması ilə başa çatmışdır. Bəyannamədə deyilir: "Forum iştirakçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında əlaqələrin səmərəsinin artırılması yolu ilə Rusiya-Azərbaycan dialoqunun inkişaf etdirilməsinə töhfə verməyə hazır olduqlarını təsdiq etmişlər". Tərəflər qarşılıqlı faydalı ticarətin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılmasını, istehsal kompleksinə investisiyaların artırılmasını, nəqliyyat kommunikasiyaları və rabitə sahəsində infrastrukturun yaxşılaşdırılmasını, maliyyə və digər sahələrdə əməkdaşlığı ikitərəfli əlaqələrin prioritetləri hesab edirlər.   

Bu günlərdə Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də əlamədar olmuşdur. Bu səfər ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin, iqtisadi, humanitar, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da genişləndiyini bir daha təsdiqlədi. Prezident  İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının sədri S.Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qəbulda Azərbaycan və Rusiya arasında  ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyibu münasibətlərin çoxəsrlik əməkdaşlıq tarixinə, dostluq və qarşılıqlı dəstəyə əsaslandığı ifadə olunmuşdur. S.Narışkin Milli Məclisin Sədri Oqtay Əsədovla və digər rəsmi şəxslərlə görüşündə də ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunmuşdur.

Rusiya-Azərbaycan əlaqələri son 9 ildə daha da inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtsadi, mədəni və digər sahələrdə əməkdaşlığın güclənməsi perspektivdə daha böyük işlərin görüləcəyindən xəbər verir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 10 avqust.- S. 2.