Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb

 

 Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Odur ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə artıq cəmiyyətin avanqard qüvvəsi olub. Bu, bir daha onu göstərir ki, dövlətin gənclərə dəstəyi bütün sahələri əhatə edir.

Azərbaycan gəncliyinin iqtisadi-siyasi, elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl islahatların nəticəsidir. Bu, əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradır.

Digər tərəfdən, bu gün Azərbaycanda gənc nəslə dövlət qayğısının artırılmasını gənclərin mənəvi inkişafına, bilik səviyyəsinin yüksəlməsinə, sosial vəziyyətinin yaxşılaşmasına yaradılan şəraiti ölkəmizin ümumi inkişaf göstəriciləri kontekstində dəyərləndirmək lazımdır. Çünki gənclərlə bağlı layihələrin, dövlət proqramlarının həyata keçirilməsinə şərait yaradan başlıca amil ölkəmizin iqtisadi cəhətdən dinamik inkişafı, maliyyə imkanlarının genişlənməsidir. Gənclər fondunun yaradılması da dövlətin bütün sahələrdə dinamik inkişafa maraqlı olduğunu göstərir. Yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha gənclər siyasətinə toxunan Prezident İlham Əliyev demişdir: "Vacib məsələlərdən biriondan ibarətdir ki, biz keçən il Azərbaycan gəncliyi proqramını qəbul etmişik. Bu, çox konkret proqramdır. Yəni bu, sadəcə olaraq, formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə gətirib çıxaracaqdır. Gənclər fondu yaradılıbdır. Bu fond qrantlar verəcək, müxtəlif proqramlar üzrə vəsait ayıracaqdır. Bu fondun hesabına və əlbəttə ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik. Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən elmin inkişaf fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər fondu da fəaliyyətini bu səpkidə, yəni bu istiqamətdə aparmalıdır".     

Bu gün gənclər fondunun fəaliyyət istiqamətləri olduqca təkmil və əhatəlidir. Qurumun məqsədi ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin etməkdir. Beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri təsdiqləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək qurumun əsas hədəflərindəndir. Gənclər fondu ideyası Azərbaycanda tətbiq olunan  yeni bir modeldir. Belə fond ilk dəfə 1999-cu ildə İngiltərədə gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə yaradılmışdır. Bu gün gənclər fondu dünyada yeni bir model kimi artıq dünyanın bir çox ölkəsində - Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Hindistan, Kanada, Balkan yarımadası ölkələrində həyata keçirilən yeni bir gənclik konsepsiyasıdır. Növbəti illərdə Azərbaycan Gənclər Fondu modelibizim gənclərin təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilməyə başlanılacaqdır və həmin ölkələrdə Azərbaycan təcrübəsindən istifadə olunacaqdır.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın tərkib hissəsi kimi yaradılan fond dövlət başçısının ölkəmizdə gənclərə yüksək diqqət və qayğısının göstəricisidir. Prezident İlham Əliyev bu ilin mart ayının 15-də Masallıda Gənclər Mərkəzinin açılışı zamanı bölgə gənclərinin nümayəndələri ilə görüşdə bir daha gənclər siyasətinə toxunmuş və gənc nəslin qarşısında duran vəzifələrdən danışmışdır. Prezident demişdir: "Gənclər siyasəti Azərbaycanda uğurla aparılır. Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Mən çox şadam ki, Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər. Gənclər bu gün və xüsusilə gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edəcəklər. Bu gün də gənclər siyasəti Azərbaycanda çox önəmli bir sahəni əhatə edirbu istiqamətdə əlavə konkret tədbirlər görülür. Keçən il "Azərbaycan gəncliyi" proqramı qəbul edilmişdir. Bu proqramın qəbul olunması həm zərurət idihesab edirəm ki, eyni zamanda, dövlətimizin bu sahəyə diqqətini göstərir".

İyun ayının 30-da keçirilən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XII hesabat-seçki qurultayı zamanı isə gənclərin fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası barədə bir daha geniş məlumat verilmişdir. Bildirilmişdir ki, gənclərin fəaliyyəti dövründə qarşıya qoyulan əsas məqsəd dövlətçiliyimizə və milli maraqlara xidmət, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olmuşdur. Ötən müddət ərzində şura təkcə Azərbaycanda deyil, Avropada da tanınan təşkilata çevrilmişdir. ARGTMŞ  9 təşkilatın təşəbbüsü ilə yaradılmışdır və hazırda 70-dən çox təşkilatı özündə birləşdirir. ARGTMŞ Azərbaycanda Avropa Gənclər Forumunun üzvü olan yeganə təşkilatdır. Hazırda Azərbaycanda 220-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Qurultayda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov 15 il əvvəl təşkilatın yaranma prosesi haqqında məlumat verərək milli şuranı Azərbaycan gəncliyi üçün məktəb adlandırmışdır. Elnur Aslanov demişdir: "Zaman sürətlə dəyişir və inkişaf edir. Zamanla bərabər bizlər də inkişaf etməliyik. Artıq  ARGTMŞ gənc nəslə həvalə olunur və inanırıq ki, yeni seçilən heyət Gənclər Təşkilatları Milli Şurasında aparılan bütün  uğurlu işləri davam etdirəcəkdir. Bundan sonrakı fəaliyyətin daha da səmərəli olması üçün əlimizdən gələni etməliyik. Şuraya üzv olan təşkilatların sayı artırılmalı və həmin qurumlar Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə öz töhfələrini verməlidirlər".

Bəli, Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Ölkə başçısının uzaqgörən siyasəti ilə ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş, milli-mədəni dirçəliş təmin edilib. Gənclərimiz vətənin tərəqqisi naminə dövlət başçısının daxilixarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Azərbaycan dövlətinin gerçəkləşdirdiyi düşünülmüş, ardıcıl sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclər də hərtərəfli şəkildə yararlanır.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 10 avqust.- S. 2.