Yuliya Ratkeviç
ölkəmizə 7-ci medalı qazandırdı
Dünən London Olimpiadasında qadın güləşçilərin yarışları başa çatmışdır. Azərbaycan idmançılarından Yuliya Ratkeviç (55 kq) qələbə uğrunda mübarizə aparmışdır.
Güləşçimiz 1/8 final mərhələsi çərçivəsində yunanıstanlı Mariya Prevolarakini məğlub edib.
Lakin o, 1/4 finalda ciddi rəqabətlə üzləşib və yaponiyalı Saori Yoşida ilə görüşdə uduzub.
Saori finala çıxdığından güləşçimiz 3-cü yer uğrunda təsəlliverici görüşlərə qatılıb. Onun burada ilk rəqibi amerikalı Kelsi Kempbell olub. Yuliya hər 2 hissəni öz xeyrinə başa vurub - 4:0, 1:0.
İdmançımız bürünc uğrunda
görüşdə rusiyalı Valeriya Jolobova üzərində qələbə əldə
edərək ölkəmizə 7-ci medalı qazandırıb.
Azərbaycan.- 2012.- 10 avqust.- S. 3.