Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 176  Bakı şəhəri, 9 avqust 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il  2 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2012-ci il üçün xərclər smetası"nda dəyişikliklər edilməsi haqqında

 

"Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 636 nömrəli fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 251) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2012-ci il üçün xərclər smetası"nda  aşağıdakı dəyişikliklər edilsin:

1.1 "əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" sətrində ", o cümlədən təmsilçilik xərcləri" sözləri əlavə edilsin və "17384" rəqəmi "70052" rəqəmi ilə əvəz edilsin;

1.2. "Cəmi xərclər", "Dövlət Sosial Müdafiə Fonduna ayırmalar" və "Sair xərclər" sətirlərində "1769000", "24329" və "1634083" rəqəmləri müvafiq olaraq "1846189",  "35916" və "1647017" rəqəmləri ilə əvəz edilsin.

 

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 11 avqust.- S. 1.