Azərbaycan
suriyalı ermənilərin Dağlıq Qarabağda
yerləşdirilməsinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasında
məsələ qaldırmışdır
AzərTAc xəbər verir ki, Azərbaycan suriyalı ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdır.
Azərbaycanın BMT yanında daimi
nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirmişdir ki, təşkilatın Təhlükəsizlik
Şurası bu məsələni
araşdıracaqdır. Rəsmi Bakının məsələ
ilə bağlı bundan sonra
atacağı addımlar BMT-nin
araşdırmalarının nəticələrindən
asılı olacaqdır. İşğalçı Ermənistanın
məskunlaşdırma siyasəti sübuta
yetirilsə, bu ölkəyə
qarşı BMT tərəfindən sanksiyaların tətbiq
edilməsi ilə bağlı təşkilatın
nizamnaməsində xüsusi bəndlər
də vardır. Diplomat qeyd
etmişdir ki, Azərbaycanın
həqiqətləri ilə bağlı yayılmış istənilən
müraciət və bəyanat artıq BMT-nin
rəsmi sənədinə çevrilir. Gələcəkdə
belə sənədlər ciddi məsələlərin
həllində mühüm rol oynayacaqdır.
Azərbaycan.- 2012.- 11 avqust.- S. 2.