Teymur Məmmədov
bürünclə kifayətləndi
Olimpiadada boks üzrə 91 kq çəki dərəcəsində yarımfinal görüşlərinə start verilib. Turnirdə mübarizəni davam etdirən təmsilçilərimizdən Teymur Məmmədov növbəti görüşünü keçirib.
Boksçumuz bu mərhələdə İtaliya idmançısı Klemente Russo ilə qarşılaşıb. Görüş həmyerlimiz üçün yaxşı başlayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Məmmədov ilk raundu 3:2 hesabı ilə xeyrinə başa vurub. İkinci hissə də Teymurun üstünlüyü şəraitində keçib. O, hətta Russonu nokdauna da salmağı bacarıb və bu dəfə fasiləyə 2 xal irəlidə yollanıb - 6:4.
Lakin fiziki cəhətdən bütün döyüşlərinin son raundunu zəif keçirən təmsilçimiz yenə eyni cür döyüşüb. Bundan istifadə edən rəqib isə zərbələrin sayını artırıb və yekunda 15:13 hesabı ilə qalib gəlib.
Nəticədə Məmmədov Olimpiadanı
bürünc medalla başa vurub.
Azərbaycan.- 2012.- 11 avqust.- S. 3.