Azərbaycanlı
gənc ABŞ-ın Alabama
ştatının qubernatoru ilə görüşmüşdür
Azərbaycanlı gənclər ABŞ-da "Təhsil AI 2012" ("SUSI 2012") proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirak edirlər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, proqramın məqsədi azərbaycanlı tələbələri ABŞ-ın tarixi və ictimai-iqtisadi həyatı ilə yaxından tanış etməkdir.
AGAT-ın üzvü Səbinə Əsədova Huntsville şəhərinin meri Tomy Battle, Albertville şəhərinin meri Lindsey Lyon və Alabama ştatının qubernatoru Robert J.Bentley ilə görüşmüşdür. Görüşdə S.Əsədova Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən, gənclərimizin vətəndaş cəmiyyətindəki rolundan, eləcə də AGAT-ın fəaliyyət istiqamətlərindən danışmışdır.
Azərbaycanlı tələbələr 3 həftə
davam edəcək səfər çərçivəsində,
həmçinin Arizona ştatı və paytaxt Vaşinqtonda da görüşlərdə iştirak
edəcəklər.
Azərbaycan.- 2012.- 11 avqust.- S. 4.