Bənna heykəltəraş
oldu
Rauf Bağırov 2002-ci ildə Bərdə şəhərindəki orta internat məktəbini bitirib. Sonradan heç bir peşə təhsili almasa da, bölgədə heykəltəraş kimi tanınıb. Şəhərin mərkəzində, başdan-başa yenidən qurulub gözəl görkəm alan Heydər Əliyev prospektində onun mərmərdən yonduğu qadın heykəli milli koloriti və məzmunu ilə sanki dil açıb danışır.
Rauf
sevib-seçdiyi bu sənətə necə bağlanması
barədə belə dedi:
-
Uşaqlıqdan plastilinlə müxtəlif fiqurlar düzəltməyi
sevərdim. İllər keçsə də, bu vərdişdən
ayrıla bilmədim. Barmaqlarım həmişə taxtadan,
daşdan nələrisə yaratmaq istəyirdi. Lakin orta məktəbi
qurtarandan sonra işləməyə, çörək
qazanmağa məcbur oldum.
Tanınan ustalarla birlikdə
10 ilə yaxın ev təmir
etdi. İşi elə görməyə
çalışırdı ki, ondan razı
qalsınlar. Bəzən
də məqamı düşəndə ev sahibini bir ideya, fərqli
işlə sevindirirdi.
Onlar da razı qalır,
yaxşı da haqq verirdilər. O, ürəyindəki arzunu həyata keçirməyə,
xəyallarında yaratdığı
heykəli ucaltmağa
əlverişli məqam
gözləyirdi. Nəhayət, belə bir gün
gəlib yetişdi.
Bərdə şəhərinin
yenidən qurulmasına
təxminən bir il əvvəl
start veriləndə vüsət
alan abadlıq-quruculuq
işlərinə qoşuldu.
Ağlay
daşından milli memarlıq üslubunda naxışlar yonur, binaların fasadını
bəzəyirdi. Getdikcə daşa
isnişir, alışırdı.
Rayon icra hakimiyyətində
şəhərin Heydər
Əliyev prospektində
qadın heykəli qoyulması barədə fikir səslənəndə
Rauf söz verib bu işi
öhdəsinə götürdü:
- Düşündüm ki, gözlədiyim məqam gəlib çatıb. Daşkəsənin mərmər karxanasından
gətirilmiş böyük
bir daşı həvəslə, səbirlə
yonub üç aya heykələ çevirdim. Onu nəzərdə tutulan yerə qoyanda tamaşasına çox adam yığışmışdı.
Tanıdığım, tanımadığım insanlar məni təbəssümlə, səmimiyyətlə
təbrik etdilər.
Zəhmətimə verilən yüksək
qiymət aylarla çəkdiyim əziyyəti
bir anın içində unutdurdu.
Raufun ilk sənət
əsəri Bərdənin
müasir görkəminə
vurulan çoxsaylı
yeni naxışların
mükəmməllərindən biridir. O, yenə iş
başındadır. Doğma yurdun
gözəlliyi üçün
çalışır. Ürəyinin odu, əllərinin
hərarətilə daşlara
həyat verir. Gənc heykəltəraş hazırda
bulaq kompleksləri üçün daş yonur. Deyir ki, şəhərin
15 yerində bulaq tikmək üçün
sifariş alıb.
Əllərilə daşlara sığal
verib gözəllik yaradan gənc sənətkarın ürəyi
arzularla doludur. Çox istəyir ki, yaradıcılıq emalatxanası
olsun. Peşə təhsili almaq,
peşəkar heykəltəraş
yanında çalışıb
öyrənmək niyyətindədir.
Sahilə MURADZADƏ
Azərbaycan.- 2012.- 12 avqust.- S. 5.