Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tənzimlənməsi, dinlərarası tolerantlıq ənənələrinin gücləndirilməsi və maariflənmə işinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan  Azərbaycan Respublikasının Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 1.