Azərbaycan Prezidenti İlham Əliyevin
göstərişinə əsasən İranda
zəlzələdən zərər çəkənlərə
avtomobil karvanı ilə yardım yola salınmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) avtomobil karvanı ilə İran İslam Respublikasında zəlzələdən zərər çəkmiş insanlara yardım göndərmişdir.
25 avtomobildən ibarət yardım karvanı avqustun 13-də gecə saatlarında Bakıdan İrana yola düşmüşdür.
FHN-in Mülki Müdafiə
Qoşunlarının qərargah rəisi, polkovnik
Aslan Hüseynov bildirmişdir ki, Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən
Fövqəladə Hallar Nazirliyi
tərəfindən İranda zəlzələdən
zərərçəkmiş insanlara göndərilən
humanitar yardım tomat,
zeytun, bitki
yağı, müxtəlif şirələr, içməli su, düyü, makaron, 40 ton un, 460 ədəd çadır, 1000 ədəd
yataq dəsti və digər zəruri ərzaq
məhsullarından ibarətdir.
AzərTAc
Azərbaycan.- 2012.- 14 avqust.- S. 2.