Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçularına ali hərbi rütbə
verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıda adları göstərilmiş hərbi qulluqçularına general-mayor ali hərbi rütbə verilsin:
Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Sahil Mühafizəsinin rəisi
polkovnik Əfqan Vəli oğlu
Nağıyevə
Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin
Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci
müavini - Maddi-Texniki Təminat Qərargahının rəisi
polkovnik Cavid Mirhəmzə oğlu Abdullayevə
Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin
Mühafizəsi İdarəsinin rəisi polkovnik Azad
Qaçay oğlu Ələkbərova
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 avqust 2012-ci il
Azərbaycan.- 2012.- 15 avqust.- S. 2.