Valentin Xristov: Medal qazandığım üçün çox sevinirəm

 

Azərbaycan yığmasının ağırlıqqaldıranı Valentin Xristov (56 kq) Bolqarıstan mətbuatına açıqlama vermişdir. London Olimpiadasında millimizə ilk medalı qazandıran atlet KİV-in suallarını cavablandırmışdır.

Xristov bildirmişdir  ki, Azərbaycana medal qazandırdığı üçün çox xoşbəxtdir: "Mənim üçün heç fərqi yoxdur ki, hansı ölkə üçün - Azərbaycan ya Bolqarıstan üçün medal qazandım. Bu hadisəyə görə çox sevinirəm. Əsas odur ki, medala yiyələndim. Yaşasın, Azərbaycan!"

Xatırladaq ki, əslən Bolqarıstandan olan Xristov Olimpiya Oyunlarını bürünc medalla başa vurmuşdur.

 

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 5.