Bakıda Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclası keçirilmişdir

 

 Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının sədri Aleksandr Şurikov Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclasının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışmışdır. A.Şurikov iştirakçılara Şuranın bu ilin aprelindən avqustuna qədər olan müddətdə fəaliyyəti barədə məlumat vermişdir. O, həmçinin həmkarlar ittifaqı üzvlüyünün motivikasiyası məsələləri barədə də danışmışdır.

İclasda Ümumihəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) baş katibinin müavini Valeriy Yuriyevin hesabatı dinlənilmişdir.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev belə əhəmiyyətli bir iclasın Bakıda təşkil edilməsinə görə Beynəlxalq Birliyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. AHİK-in sədri qeyd etmişdir ki, son illərdə ÜHİK-in və Beynəlxalq Həmkarlar İttifaqları təşkilatlarının xətti ilə səyyar tədbirlərin keçirilməsi ənənəvi hal almışdır. Bu isə həmkarlar ittifaqları arasında konstruktiv, işgüzar münasibətlərin bərqərar olmasına, müsbət təcrübəsinin əldə edilməsinə şərait yaradır. Belə tədbirlərin təşkilinin Azərbaycan dövlətinin həmkarlar ittifaqlarına həmişə qarşılıqlı anlaşma və həmrəylik telləri il bağlandığını bir daha nümayiş etdirdiyini bildirən S.Mehbalıyev demişdir ki, AHİK ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərir. Qeyd olunmuşdur ki, bu qurum ölkə parlamenti və hökumətinə iqtisadiyyat, əməyin mühafizəsi, informasiya, idmanturizm məsələlərinə dair qanunlarnormativ aktlar qəbul edilməsinə, onlara əlavələr olunmasına dair təkliflər verir.

İclas iştirakçılarının diqqətinə çatdırılmışdır ki, 2012-ci il iyunun 29-da Prezident İlham Əliyevin sərəncamı ilə "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və həmin dəyişikliyə uyğun olaraq mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərlərinin 4 günü ərzində AHİK-in hesabına üzvlük haqlarının ödənilməsini təmin etmələri  öz əksini tapmışdır. Prezident İlham Əliyev tərəfindən daim göstərilən dəstək və diqqətdən danışan S.Mehbalıyev AHİK-in dövlət başçısının Azərbaycanın iqtisadi, siyasisosial modernləşməsinə yönələn strateji kursunu daim dəstəklədiyini bildirmişdir.

Qeyd edilmişdir ki, bu gün xalqın həyat səviyyəsinin yüksəldilməsi naminə mübarizə, əhalinin məşğulluq problemləri, işçilərin hüquqlarının qorunması və əməyin mühafizəsinin təşkili, həmkarlar ittifaqı üzvlərinin sayının artırılması, onların təşkilati birliyinin möhkəmləndirilməsi AHİK-in xüsusi diqqət mərkəzindədir.  Bu isə müxtəlif  formalarda, Beynəlxalq Əmək Təşkilatının nəzərdə tutduğu beynəlxalq hüquq normalarına əsaslanaraq ölkənin iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

İclasda çıxış edən Ukrayna, Özbəkistan, Litva, Belarus, Gürcüstan, Tacikistan və Qırğızıstan nümayəndələri də Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclasında səsləndirilən problemlərin həlli istiqamətində görülən işlərdən danışmışlar.

İclasda Həmkarlar İttifaqı Beynəlxalq Birliyinin 20 illik fəaliyyətinin yekunları müzakirə edilmiş, ÜHİK-in qurultayına nümayəndələr seçilmiş, Beynəlxalq Birliyin 2013-cü il üçün gəlir və xərclərinin smetası təsdiq edilmiş və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 5.