Nərgiz Paşayeva: Moskva Dövlət
Universitetinin Bakı filialına qəbul olan hər kəs bilir ki, ondan tələb olunan əsas meyar bilikdir
Həmişə olduğu kimi, builki qəbulda da biz tələbələri yalnız və yalnız bir amil üzrə dəyərləndirmişik və qiymətləndiririk - bilik və ancaq bilik. Bizim universitetin qapıları hər bir bilikli insana, hər bir vətəndaşa açıqdır.
Bu sözləri jurnalistlərə müsahibəsində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru professor Nərgiz Paşayeva demişdir.
Rektor bildirmişdir
ki, hər il olduğu kimi, bu il də bütün
imtahanlar ciddi nəzarət
altında aparılmışdır. "Buraya
qəbul olunan hər bir kəs
bilir ki, ondan tələb olunan əsas meyar bilikdir. Mən çox
şadam ki, builki qəbulda Azərbaycanın bütün
bölgələri təmsil
olunmuşdur. Bir çox
rayonlardan universitetə
ərizələr daxil
olmuş və hazırda burada 9 rayondan tələbə təhsil alacaqdır.
Bu, böyük nailiyyətdir" - deyə
Nərgiz Paşayeva vurğulamışdır.
Qeyd edək
ki, yeni tədris ilində filiala 106 tələbə
qəbul olunmuşdur. Hazırda universitetin
ümumilikdə 411 tələbəsi
vardır. Onlardan 388 bakalavr,
23 isə magistratura pilləsində təhsil alır.
AzərTAc
Azərbaycan.- 2012.- 15 avqust.- S. 6.