Bahar MURADOVA: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Minsk qrupunun
əlində böyük imkanlar
vardır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun əlində böyük imkanlar vardır. Amma təəssüf ki, onlar bu imkanlardan tam istifadə etmirlər.
Bu sözləri AzərTAc-a Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir.
B.Muradova qeyd
etmişdir ki, son vaxtlar Minsk
qrupunun həmsədrləri münaqişənin
həllindən daha çox,
münaqişənin yenidən alovlanmasına yol
verilməməsini vacib amil
kimi ortaya qoyurlar. Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində
yaranmış fəallıq da həmsədr
dövlətlər arasında qısqanclıq
yaratmamalıdır. Bu fəallıq
müsbət nəticəyə hesablanmış proses olmalıdır. Məlumdur ki, Azərbaycanın artan iqtisadi və hərbi gücü
ermənilərlə yanaşı, onları dəstəkləyən
dairələri də ciddi narahat
edir.
Azərbaycan.- 2012.- 16 avqust.- S. 3.