Əli ƏHMƏDOV: Sürətlə dəyişən və inkişaf edən Azərbaycanda idman sahəsi də tərəqqi dövrünü yaşayır
Azərbaycanın bugünkü inkişafının əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət durur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ardıcıl nailiyyətlər əldə edir, parlaq qələbələr qazanır.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov qeyd etmişdir ki, sürətlə dəyişən və inkişaf edən Azərbaycanda bütün sahələr kimi, idman sahəsi də tərəqqi dövrünü yaşayır və ölkəmiz artıq dünyada idman dövləti kimi qəbul edilir.
Bütün bunlar isə Azərbaycan vətəndaşlarında
böyük sevinc
hissləri yaşadır. Lakin bununla belə, çox az sayda
adamlar da var ki, dövlətimizin nailiyyətlərinə
sevinə bilmirlər. Onlar, özlərinin
qara fikirlərini mətbuat səhifələrinə
çıxarmaq üçün kiçik bir bəhanə
axtarırlar. Olimpiya Oyunlarının başa çatmasını gözləməyən
Azərbaycan müxalifəti ölkəmizin ümumi
inkişafına kölgə salmaq məqsədi
ilə əsassız təbliğat aparmağa
cəhd göstərdi. Amma zaman göstərdi ki,
müxalifətin bu günə qədər
dediklərinin Azərbaycanın inkişafı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan
idmançılarının Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında göstərdikləri
şücaət, bunun nəticəsi olan medallar göstərdi ki, müxalifətçilər ölkəmizin
uğurlarına sevinə bilmirlər. Bu
isə artıq onların xislətinə çevrilmişdir.
Müxalifətin Azərbaycanın uğurlarına sevinməmək
xüsusiyyəti onların siyasətinin əsas mahiyyətini
təşkil edir. Lakin
bütün bunlara baxmayaraq, Azərbaycan seçdiyi
yolla uğurla irəliləyir.
Ən başlıcası odur ki, kimin nə deməsindən
asılı olmayaraq, ölkəmiz inamla yüksəlir, inkişaf
edir və parlaq qələbələr
qazanır.
Azərbaycan.- 2012.- 16 avqust.- S. 3.