Səudiyyə Ərəbistanında İslam zirvə toplantısı keçirilmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam zirvə toplantısının dördüncü fövqəladə sessiyasında iştirak etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, zirvə toplantısının sessiyası zamanı Suriya, Fələstin, Myanmar (Raxinya müsəlmanlarına qarşı zorakılıq) və Malidəki vəziyyət müzakirə edilmişdir.

Sessiyanın sonunda yekun bəyannamənin və eyni zamanda, Fələstin, Myanmar, SuriyaMali ilə bağlı qətnamələrin qəbul edilməsi nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 3.