İki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir

 

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən İslam zirvə toplantısının dördüncü fövqəladə sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfər çərçivəsində qazaxıstanlı həmkarı Yerjan Kazikanov ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin hazırkı vəziyyəti və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilmişdir.

E.Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, eləcə də Qoşulmama Hərəkatı ilə əməkdaşlığı və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.  Görüşdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Məkkə zirvə görüşünün gündəliyində duran məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 3.