Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının iqtisadiyyat nazirləri
ilə görüşlər olmuşdur
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Bakıda səfərdə olan iqtisadiyyat nazirləri ilə görüşmüşdür.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Qazaxıstanın iqtisadi inkişaf və ticarət naziri Bakitjan Saqintayev və Qırğızıstanın iqtisadiyyat və antiinhisar siyasəti naziri Temir Sariyev ilə keçirilmiş ikitərəfli görüşlərdə ortaq din, dil və mədəni köklərə malik ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilmişdir.
Görüşdə həmçinin
beynəlxalq təşkilatlar, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası çərçivəsində əməkdaşlıq,
ölkələr arasında hüquqi
bazanın təkmilləşdirilməsi, ticarət əlaqələrinin
genişləndirilməsi, investisiya
imkanları, işgüzar dairələr
arasında münasibətlərin inkişafı kimi məsələlərə dair fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 16 avqust.- S. 8.