Tanınmış müğənni və bəstəkar Emin Ağalarov BBC səhər proqramının qonağı olmuşdur

 

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov "BBC səhər" proqramının qonağı olmuşdur. AzərTAc xəbər verir ki, Emin Ağalarov proqramda həyatı və musiqi karyerası barədə məlumat vermişdir. Müğənni və bəstəkar "BBC Radio 2", "Magic FM" kimi məşhur musiqi radiostansiyalarının onu dəstəklədiyini vurğulamışdır. İfa etdiyi mahnıların başqa ölkələrdə məşhurlaşmasını müğənni özünün uğuru kimi qiymətləndirmişdir.

Müğənninin sonuncu işıq üzü görən "After the thunder" musiqi albomu artıq bir çox ölkələrdə məşhurlaşmışdır. Emin Ağalarovun yeni "Baby get higher" mahnısı isə Böyük Britaniya radiolarında hit-paradlara daxil olaraq, RihannaColdplayin yeni musiqilərini belə geridə qoymuşdur.

 

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 11.