Şirvan xəzinəsinə gedən yol Buğurd qalasından keçir

 

 Əsrlərdən bəri tərk edilmiş Buğurd qalası Şirvanşahlar tarixinin ən kəşməkəşli dövrünün şahidi olançox-çox sirləri bu gündaşlar altında gizlədən ən möhtəşəm və Azərbaycan üçün son dərəcə qiymətli tarixi abidələrdən biridir. Qalada kəşfiyyat xarakterli ilkin arxeoloji tədqiqatlar ötən əsrin 30-cu illərində Azərbaycanın görkəmli arxeoloqları Yevgeni Paxomov və 60-cı illərdə Hüseyn Ciddi tərəfindən aparılmışdır.

Arxeoloji qazıntılar XI-XII əsrlərdə Buğurd qalasında yaşayış  olduğunu göstərmişdir. Qalada bəzi divar və bürclərin, o cümlədən yaşayış binalarının qalıqları bugünümüzədək gəlib çıxmışdır. Evlər yonma daşlardan tikilmişdir. Mənbələrdə qalanın adı XV əsrin sonlarından çəkilir. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edərkən Şirvanşah II İbrahim Şeyxşah Buğurd qalasında müdafiə olunmuşdur. 1537-ci ildə Şirvanda baş vermiş üsyan zamanı Şirvanşah Şahruxsaray əyanları Buğurd qalasında gizlənmək məcburiyyətində qalmışlar. 1538-ci ildə Səfəvi qoşunları Əlqas Mirzənin başçılığı ilə Şirvana hücum edən zaman Buğurd qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay onlara müqavimət göstərmişdi. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurd qalasında saxlanılardı. Səfəvi-Osmanlı müharibəsi zamanı osmanlılar Buğurd  qalasını ələ keçirib özlərinin dayaq məntəqələrindən birinə çevirmişdilər. XVII əsrin sonunadək qala müdafiə istehkamı kimi qalmışdır. İndiyədək qalanın konservasiya olunmaması, güclü leysan yağışlarının əmələ gətirdiyi iri yarğanlar burada, əlbəttə, müəyyən problemlər yaratmışdır. Lakin Prezident İlham Əliyevin sərəncam ilə Azərbaycanda turizmin inkişafı, tarixi abidələrin mühafizəsi və bərpası istiqamətlərində görülən işlər Buğurd qalasına da dövlət səviyyəsində diqqəti artırmışdır.

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin məlumatına görə, Buğurd qalası kimi istehkam tipli qalaların konservasiyası ilə əlaqədar artıq müxtəlif layihələr hazırlanmışdır. Mədəniyyət və Turizm Nazirliyi bu layihələrin reallaşdırılması istiqamətində aparır.

Qeyd edək ki, "Miras" İctimai Birliyi istər yerli, istərsə də xarici turistlərin marağını nəzərə alaraq "Heritage Travel" turizm şirkətinin təşkilatçılığı ilə "Şirvan xəzinəsinə aparan yollar mədəni irs turu" çərçivəsində Buğurd qalasına ilk tur təşkil etmişdir.

Fariz Xəlillinin rəhbərliyi ilə keçirilən ilk tur iştirakçılarda dərin təəssürat yaratmışdır.

 

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 11.