Prezident İlham
Əliyev İsrailin Azərbaycandakı səfirini
diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə Mixael Lavon-Lotemin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı və bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyi bildirildi. Əməkdaşlığımızın səviyyəsinin məmnunluq doğurduğu qeyd edildi və bu əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı Mixael Lavon-Lotemə gələcək fəaliyyətində uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 17 avqust.- S. 1.