Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

Ramazan ailələrin və icmaların xoş niyyət, savab , nəcib əməllər ənənəsinin qeyd edildiyi bayramdır.

Bu müqəddəs bayramı qeyd etdiyiniz bir vaxtda Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzu və diləklərimi yetirirəm. Ümidvaram ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi saflıq gətirəcəkdir.

Qoy qarşıdan gələn bayram Sizə və xalqınıza sülh, cansağlığı və rifah gətirsin. Ramazan bayramınız mübarək!

 

Səmimiyyətlə,

 

 

Barak OBAMA,

Amerika Birləşmiş Ştatlarının Prezidenti

 

Azərbaycan.- 2012.- 17 avqust.- S. 1.