Qabon Respublikasının Prezidenti zati-aliləri cənab Ali Bonqo Ondimbaya

 

Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qabon arasında münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 17 avqust.- S. 1.