İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya

 

Hörmətli cənab Prezident!

 

İndoneziya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-İndoneziya münasibətləri, ölkələrimiz arasındakı dostluq əlaqələri və ikitərəfli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 17 avqust.- S. 1.