İslam Əməkdaşlıq Təşkilatının
üzvü olan
ölkələr Ermənistanı silahlı qüvvələrini
işğal etdiyi Azərbaycan
ərazilərindən çıxarmağa
çağırmışlar
Təşkilatın
qəbul etdiyi bəyannamədə Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü qəti
surətdə pislənmişdir
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini növbəti dəfə kəskin qınamışdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən İslam zirvə toplantısının dördüncü fövqəladə sessiyasında dünya müsəlmanlarının narahatlığına səbəb olan məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, sessiyada Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir.
Zirvə toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İƏT-in üzvü olan ölkələrin mövqeyini əks etdirən yekun bəyannamə qəbul olunmuşdur. Bəyannamədə İƏT-in üzvü olan ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Ermənistanı silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa çağırmışlar.
AzərTAc
Azərbaycan.- 2012.- 17 avqust.- S. 3.