BMT-nin İctimai İnformasiya Departamenti “Mənim dünyam, mənim
BMT, mənim Azərbaycanım”
kampaniyasını elan etmişdir
BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi qurumun ölkəmizdə fəaliyyətinin 20-ci ildönümünü ilə əlaqədar professional fotoqraflar və fotojurnalistlər üçün "Mənim dünyam, mənim BMT, mənim Azərbaycanım" kampaniyasını həyata keçirir.
Nümayəndəlikdən AzərTAc-a bildirmişlər ki, beynəlxalq fotojurnalist Allison Kvesell tərəfindən keçiriləcək master-klass ilə başlayacaq kampaniya sentyabrda fotomüsabiqə ilə davam edəcəkdir. Təlimdə fotojurnalizmin etiketləri, fotoşəkillərin surətinin çıxarılması və estetikası haqqında məlumat veriləcəkdir. Dünya şöhrətli fotojurnalistlərin əsas işlərinə baxılaraq müzakirələr aparılacaq və fotoqraflar öz işlərini redaktə edəcəklər. Avqustun 30-31-də saat 10:00-dan 13:00-dək keçiriləcək ikigünlük sessiyadan sonra hər bir fotoqraf öyrəndikləri vasitələrdən istifadə edərək bir ay müddətində davam edəcək tapşırığı sənədləşdirəcəklər. Sentyabrın 24-də saat 10:00-13:00-dək təlim iştirakçıları yenidən bir araya gələrək çəkdikləri fotoşəkilləri redaktə edəcəklər.
İştirak üçün namizədlər CV və işlərinə baxıldıqdan sonra seçiləcəklər. Təlim zamanı Azərbaycan və ingilis dillərinə tərcümənin təmin ediləcəyinə baxmayaraq, ingilis dilini bilənlərin iştirakı daha münasibdir.
Təlimdə iştirak etməkdə maraqlı olan şəxslərdən xahiş olunur ki, avqustun 20-dək un-dpi@un-az.org; aynur.nabiyeva@un-az.org və allison.kwesell@un-az.org saytlarına müraciət etsinlər. Seçilmiş iştirakçılar ilə avqustun 21-də əlaqə saxlanılacaq və təlim haqqında ətraflı məlumat göndəriləcəkdir.
Qaliblər oktyabr 20-də
BMT Gününə həsr olunacaq fotosərgidə
mükafatlandırılacaqlar.
Azərbaycan.- 2012.- 17 avqust.- S. 3.