XXX London Yay Olimpiadasında tarix yazan idmançılarımız
Toğrul ƏSGƏROV
17.09.1992
İdman növü: sərbəst güləş
Çəkisi: 60 kq
İdman nailiyyətləri:
Gənclər arasında
Avropa çempionu
(2010-cu il), dünya birinciliyinin qalibi (2011-ci il), böyüklər arasında dünya çempionatının gümüş
mükafatçısı (2010-cu il), Avropa çempionu
(2012-ci il).
London Olimpiadasına lisenziyanı Bolqarıstanın
paytaxtı Sofiya şəhərində keçirilmiş
Avropa təsnifat turnirində qazanmışdı.
XXX Yay Olimpiya Oyunlarının qalibidir
(2012-ci il).
Şərif ŞƏRİFOV
11.11.1988
İdman növü: sərbəst güləş
Çəkisi: 84 kq
İdman nailiyyətləri:
2009-cu ildə böyüklər
arasında keçirilmiş
dünya çempionatının
bürünc mükafatçısı,
Avropa çempionatlarının
gümüş və
bürünc mükafatçısı
(2010-cu və 2011-ci illər),
dünya çempionatında
birinci yer (2011-ci il).
London Olimpiadasına lisenziyanı 2011-ci ildə
Türkiyənin İstanbul
şəhərində keçirilmiş
dünya çempionatında
qazanmışdı. XXX Yay
Olimpiya Oyunlarının
qalibidir (2012-ci il).
Rövşən BAYRAMOV
07.05.1987
İdman növü: yunan-Roma güləşi
Çəkisi: 55 kq
İdman nailiyyətləri:
gənclər arasında
dünya çempionatının
qızıl və bürünc mükafatçısı
(2003-cü və 2005-ci illər),
böyüklər arasında
iki dəfə Avropa çempionu (2007-ci və 2008-ci illər), Pekin Olimpiadasının gümüş mükafatçısı
(2008-ci il), dünya çempionatında ikinci yer (2006-cı il), Avropa və dünya çempionatlarının
bürünc mükafatçısı
(2006-cı və 2009-cu illər),
dünya çempionatında
birinci yer (2011-ci il).
London Olimpiadasına lisenziyanı 2011-ci ildə
Türkiyənin İstanbul
şəhərində keçirilmiş
dünya çempionatında
qazanmışdı. XXX Yay
Olimpiya Oyunlarının
gümüş mükafatçısıdır
(2012-ci il).
Mariya STADNİK
03.06.1988
İdman növü: qadın güləşi
Çəkisi: 48 kq
İdman nailiyyətləri:
2008-ci ildə gənclər
və böyüklər
arasında keçirilən
Avropa çempionatında
birinci yer, Pekin-2008-in üçüncüsü, Avropa
və dünya çempionatının birincisi
(2008-ci və 2009-cu illər),
Yaşar Doğunun xatirəsinə keçirilən
beynəlxalq turnirdə
qızıl medal, dünya
çempionatında gümüş
medal (2011-ci il); FİLA test turnirinin birincisi.
London Olimpiadasına lisenziyanı 2011-ci ildə
Türkiyənin İstanbul
şəhərində keçirilmiş
dünya çempionatında
qazanmışdı. XXX Yay
Olimpiya Oyunlarının
gümüş mükafatçısıdır
(2012-ci il).
Emin ƏHMƏDOV
10.06.1986
İdman növü: yunan-Roma güləşi
Çəkisi: 74 kq
İdman nailiyyətləri:
"Qızıl Qran-pri"
turnirinin bürünc
mükafatçısı (2009-cu il).
London Olimpiadasına lisenziyanı Çinin Tayuan şəhərində
keçirilmiş güləş
üzrə dünya təsnifat turnirində qazanmışdı. XXX Yay
Olimpiya Oyunlarının
bürünc mükafatçısıdır
(2012-ci il).
Teymur MƏMMƏDOV
11.01.1993
İdman növü: boks
Çəkisi: 91 kq
İdman nailiyyətləri:
dünya çempionatının
gümüş mükafatçısı,
Avropa çempionu.
London Olimpiadasına lisenziyanı
2011-ci ildə Bakıda
keçirilmiş dünya
çempionatında qazanmışdı.
XXX Yay Olimpiya Oyunlarının bürünc
mükafatçısıdır (2012-ci il).
Valentin XRİSTOV
30.03.1994
İdman növü: ağırlıqqaldırma
Çəkisi: 56 kq
İdman nailiyyətləri:
Fransanın paytaxtı
Parisdə keçirilən
kişilər və qadınlar arasında dünya çempionatında
(2011-ci il) üçüncü
yer, Türkiyənin
Antalya şəhərində keçirilmiş Avropa çempionatında (2011-ci il)
birinci yer, gənclər arasında Avropa, yeniyetmələr arasında dünya rekordçusu.
London Olimpiadasına vəsiqəni 2011-2012-ci illərdə
Türkiyə və Fransada keçirilmiş lisenziya xarakterli yarışların
yekunlarına əsasən
əldə etmişdi. XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır
(2012-ci il).
Yuliya RATKEVİÇ
16.07.1985
İdman növü: qadın güləşi
Çəkisi: 55 kq
İdman nailiyyətləri:
dünya çempionu
(2009-cu il), dünya çempionatının gümüş
mükafatçısı (2010-cu il), Avropa çempionu
(2011-ci il).
London Olimpiadasına lisenziyanı Bolqarıstanın
paytaxtı Sofiya şəhərində keçirilmiş
Avropa təsnifat turnirində əldə etmişdi. XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır
(2012-ci il).
Məhəmmədrəsul MƏCİDOV
27.09.1986
İdman növü: boks
Çəkisi: +91 kq
İdman nailiyyətləri:
dünya çempionu.
London Olimpiadasına lisenziyanı 2011-ci ildə
Bakıda keçirilmiş
dünya çempionatında
qazanmışdı. XXX Yay
Olimpiya Oyunlarının
bürünc mükafatçısıdır
(2012-ci il).
Xetaq QAZYUMOV
24.04.1983
İdman növü: sərbəst güləş
Çəkisi: 96 kq
İdman nailiyyətləri:
Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı
(2008-ci il), dünya çempionatının qızıl
və gümüş
mükafatçısı (2009-cu və 2010-cu illər), dünya kubokunun sahibi (2009-cu il), üçqat Avropa çempionu (2009-cu, 2010-cu və
2011-ci illər).
London Olimpiadasına lisenziyanı Çinin Tayuan şəhərində
keçirilmiş dünya
təsnifat turnirində
qazanmışdır. XXX Yay
Olimpiya Oyunlarının
bürünc mükafatçısıdır
(2012-ci il).
Azərbaycan.- 2012.- 17 avqust.-
S. 4.