Bərdədə Sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda tədbir keçirilmişdir

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 17-də Bərdə rayonunun Zümürxan kəndində keçirmişdir. Tədbirdə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi SKMF-nin vəsaitləri hesabına maliyyələşdirilmiş Bərdə rayonunda "RVR LTD" MMC-nin ət kəsimi müəssisəsində aparılan son tamamlama işlərinə, "Rəşad" Kommersiya İstehsalat Firmasının çörək istehsalı müəssisəsinin fəaliyyətinə və rayonun Mehdili kəndində müasir cins iribuynuzlu heyvandarlıq komplekslərində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan taxılçılıq, intensiv bağçılıq təsərrüfatlarının, kiçikorta həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində son illər regionların sürətlə inkişaf etdiyini, ölkənin digər rayonlarında olduğu kimi, Bərdədə də yeni istehsal və xidmət müəssisələrinin, müasir sosial infrastruktur obyektlərinin yaradıldığını, yeni yerlərinin  açıldığını diqqətə çatdırmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimovAran regional bölməsinin müdir müavini İlham Qəribov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə 1660-dək sahibkara 148 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6660-dan çox yeni yerinin yaradılması nəzərdə tutulur.

Aran iqtisadi rayonunda indiyədək 4829 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 230 milyon manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan 60 layihənin maliyyələşdirilməsinə 117,6 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 40-ı istifadəyə verilmiş, 20 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edilmişdir ki, fondun vəsaitləri hesabına ölkədə ümumi dəyəri 96,8 milyon manatadək olan 10 müasir cins iribuynuzlu heyvandarlıq kompleksinin maliyyələşdirilməsinə 42,6 milyon manat güzəştli kredit verilmiş, bu heyvandarlıq komplekslərindən 2-si istifadəyə verilmiş, 8-i isə bu il istifadəyə veriləcəkdir. 

Tədbir çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 77 sahibkarlıq subyektinə 6,5 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 300-dən çox yeni yerinin yaradılması nəzərdə tutulur.

 

 

Azərbaycan.- 2012.- 18 avqust.- S. 3.