SƏRHƏDÇİ NƏĞMƏSİ

 

 Odlar ölkəsinin övladlarıyıq,

Sərhəd qoşunumuz - güc, güvənc, həyan!

Hər igid döyüşçü - cəld, çevik, sayıq -

Quruda, suda da yurdu qoruyan!

...Yaranır əbədi şöhrət dastanı,

Yaranır möhtəşəm salnamə, əsər.

Canından çox sevir Azərbaycanı,

Sərhədçi general, sərhədçi əsgər!

 

Sərhəd qoşunumuz - mötəbər, mətin,

Uzaq keçmişi örnəkdir bizə.

Himnli, bayraqlı Gümhuriyyətin

Adıyla yol gedir doxsandan yüzə.

Milli Qəhrəmanlıq, mərdlik dərsini

Diqqətlə öyrənir qeyrətli gənclər.

Yaşadır söykökün xatirəsini

Sərhədçi general, sərhədçi əsgər!

 

"Azaraq" səmtini "dəyişsə" əgər,

Dərhal cəzasına çatar bədnəzər.

Doğmadır Arpaçay, Qafqaz, Araz, Kür,

Doğmadır Alazan, Abşeron, XəzərE

Böyük qələbədən soraq gözləyir

Füzuli, Zəngilan, Laçın, KəlbəcərE

Bütün planeti sülhə səsləyir

Sərhədçi general, sərhədçi əsgər!

 

Vüsal sahilinə yan alır qayıq,

Qürbətdən qayıdıb üzü gülən var;

Bütövlük küləyi xoş xəbər yayır:

Təbrizdən Bakıya elçi gələn var.

...Əsrin sınaqları hələ öndədir -

qədər ölməyib tamah, bəla, şər,

Müstəqil Dövlətin keşiyindədir

Sərhədçi general, sərhədçi əsgər!

 

Günəş doğanadək gözünü yummaz,

Gərək qarşılasın sübhü uğurla!

Mükafat istəməz, hədiyyə ummaz,

Hər qüllə elə bil alınmaz qala!

...Ali Baş Komandan əmr verərsə,

Vuruş meydanında qazanar zəfər;

Türkün kimliyini göstərər Ərzə

Sərhədçi general, sərhədçi əsgər!

 

 

Oqtay RZA

 

Azərbaycan.- 2012.- 18 avqust.- S. 4.