Bayram edin, fitrə verin
Bu gün Ramazan bayramıdır
Bu gün mübarək
Ramazan bayramıdır. Dünya müsəlmanları
Ramazan bayramını
qeyd edirlər. Hicri-qəməri təqvimlə şəvval
ayının 1-də başlayan
və bir neçə gün davam edən bu bayram orucluğun
qurtarması ilə əlamətdardır. Ramazan bayramı
Allah-təalanın mömin
bəndələrinə bir
ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.
Ramazan bayramında
oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü
çimib təmizlənir,
təzə və ya təmiz paltar
geyirlər. Hamı bir-birini
bayram münasibətilə
təbrik edir, bir-biri üçün Tanrıya dua edir.
Hər bir müsəlman üçün
bir ay boyunca oruc tutmaq fərz
olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki,
Allah bəndəsindən tələb
olunan fitrə verilməyənədək Ramazan
ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.
Fitrəni yalnız imkanlı müsəlmanlar çıxarmalıdırlar. Varlı
adam hər
bir ailə üzvünün adından
fitrə verməlidir.
Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş, qarğıdalı
və s. ərzaq məhsullarından adambaşına
təxminən 3 kiloqram
həcmində ödənilirdi.
Zaman keçdikcə kasıblara
və ehtiyacı olanlara münasibətdə
göstərilən bu
xeyirxahlıq başqa
formalar da almışdır. İndi fitrəni
pul şəklində
də verirlər.
Əslində, bu, daha münasibdir. Belə ki,
fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına
uyğun şəkildə
xərcləmək imkanı
əldə edir.
Özü də fitrə
yalnız halal maldan verilməlidir.
Fitrə
bayramdan bir-iki gün qabaq və ya bayram
namazı başlamazdan
əvvəl çıxarılmalıdır.
Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sədəqə
sayılır.
Çıxarılan fitrə ilk növbədə
ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə
də digər insanlara verilir. Fitrə bir
kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir.
Qeyd etmək lazımdır ki, bir şəxsin
fitrəsi bir kasıba da verilə bilər, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan bayramının
fəzilətləri təkcə
fitrə çıxarmaqla
məhdudlaşmır. Bayram günlərində
müsəlman ailələrində
şənlik əhval-ruhiyyəsi
hökm sürür.
Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram
sovqatları aparırlar.
Qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edirlər. İncikliklər aradan qaldırılır,
küsülülər barışırlar.
Bayram namazı
qılındıqdan sonra
müsəlmanlar həyatdan
köçmüş yaxınlarının
ruhuna Qurani-kərimdən
ayələr oxutdurur,
xatirələrini anırlar. Xalqımız bayram günü torpaqlarımızın müdafiəsi
naminə canlarından
keçmiş şəhidləri
ehtiramla yad edir, onların rəşadətlərini xatırlayır.
Ramazan bayramı
həm də müsəlmanların həmrəyliyini,
birliyini, onların arasında qarşılıqlı
anlaşmanı möhkəmlədən
mühüm hadisədir. Bayramın davam
etdiyi günlərdə
insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.
Bütün müsəlman dünyasında
olduğu kimi, Azərbaycanda da Ramazan bayramı yüksək səviyyədə
qeyd edilir. Halbuki
70 il davam
etmiş sovet dönəmində xalqımız
belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din
münasibətləri nizama
salınmış, xalqın
etiqad azadlığı
təmin edilmişdir.
Sovet rejiminin inanclı insanlara dözümsüz
münasibətini, cəmiyyətə
aşıladığı mənəviyyatsızlığı müasir sivil tələblərə cavab
verən dövlət
siyasəti əvəz
etmişdir.
Dini dəyərlərin
dirçəldilməsi, məscidlərin,
müqəddəs ocaqların
yenidən qurulması
Azərbaycan xalqının
böyük oğlu Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən
idi. Bu, xalqımızın
dahi oğlunun milli-mənəvi dəyərlərimizə,
o cümlədən islamın
insanlara bəxş etdiyi ən ülvi dəyərlərə
bağlılığından, onu qəlbində yaşatmasından irəli
gəlirdi. Ulu öndərin
dini-mənəvi dəyərlərimizin
qorunmasına münasibəti
həmişə dəyişməz
olmuş, bu sahədə apardığı
siyasətlə xalqına
xidmət göstərmişdir.
Azərbaycanın inkişafının
məhz dərin tarixi, mədəni və dini köklərlə
sıx vəhdətdə
olduğunu ulu öndər Heydər Əliyev ölkəmizə
rəhbərlik etdiyi sovet illərində də ciddi nəzərə
almış, kommunist ideologiyasının "səlib
yürüşü" illərində
dini-mənəvi dəyərlərə
çox böyük diqqət və ehtiramla yanaşmış,
din xadimlərinə qarşı
repressiyaların qarşısını
almış, onları
əsassız təqib
və təzyiqlərdən
xilas etmiş, tarixi-dini abidələrimizin
qorunmasına və bərpasına diqqət və qayğı göstərmişdir. Heydər Əliyev
çox gözəl bilirdi ki, dini
dəyərlərin məhv
edilməsi, mental baxışların
dəyişdirilməsi yönündə
həyata keçirilən
tədbirlər yalnız
və yalnız xalqımızın mənəvi
məhvinə hesablanmış
məkrli siyasətdir.
Xalqın mənəvi
məhvi isə onun ən böyük
faciəsi ola
bilərdi. Siyasi fəaliyyətinin əsas hissəsi sovet dövrü ilə bağlı olan xalqımızın ümummilli lideri kommunizm ideologiyasının
şüurlara yeridildiyi
bir vaxtda belə, uca Allaha olan inamını
yaşatmışdır.
Fərəhləndirici haldır ki, mənəvi-dini dəyərlərin
yüksəldilməsində və dövlət-din münasibətlərində ulu
öndər Heydər
Əliyevin ideyalarını
Prezident İlham Əliyev uğurla həyata keçirməkdədir. Prezident İlham
Əliyevin dini bayramlar münasibətilə
xalqımızı təbrik
etməsi, dini mərasimlərdə iştirakı,
məscidlərin bərpa
olunmasına dövlət
büdcəsindən vəsait
ayırması dövlət
başçısının dini mənəvi dəyərlərimizə bağlı
olmasına göstərdiyi
diqqətin təcəssümüdür.
Prezident
İlham Əliyev hər il
olduğu kimi, bu dəfə də Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak
etmişdir. Avqustun 14-də Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam Allahşükür
Paşazadənin müqəddəs
Ramazan ayı münasibətilə yeni iqamətgahında açdığı
iftar süfrəsində
dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi kimi,
"Azərbaycan müasir
dövlətdir, dünyəvi
dövlətdir. Eyni zamanda, öz
milli və dini ənənələrinə
sadiq olan dövlətdir. İslam dəyərləri
bizim milli-mənəvi
dəyərlərimizin tərkib
hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan
xalqının qəlbində
yaşamışdır. Sadəcə
olaraq, müstəqillik
əldə etdikdən
sonra bu bayram rəsmi bayram kimi qeyd
edilir".
Bayramınız mübarək olsun!
Allah çıxardığınız fitrənin əvəzini versin!
Azərbaycan.- 2012.- 19 avqust.- S. 1.