A.İ.Məmmədovaya Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunun verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanın mədəni irsinin təbliğindəki xidmətlərinə görə Adelaida İrza qızı Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 avqust.- S. 1.