Hafiz Paşayev: “Təcrübə onu
göstərir ki, bu gün Azərbaycan dünya
ölkələrini təkcə enerji
resursları ilə özünə cəlb etmir,
eyni zamanda, yüksək
təhsili ilə tanınır”
"Təcrübə onu göstərir ki, bu gün Azərbaycan dünya ölkələrini təkcə enerji resursları ilə özünə cəlb etmir, eyni zamanda, yüksək təhsili ilə tanınır. Tələbələrin xaricdə təhsil almaq üçün göndərilməsi təqdirəlayiqdir və gələcəkdə davam etdirilməlidir".
AzərTAc xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev ASAİF-in X Beynəlxalq Yay Forumunda çıxışı zamanı demişdir.
ASAİF-in üzvləri olan gənclərə uğurlar
arzulayan H.Paşayev qeyd etmişdir ki, xaricdə oxumağın böyük
əhəmiyyəti vardır: "Mən özüm
də xaricdə təhsil almışam. İndi
isə əlaqələr daha da genişlənmişdir. Bu
istiqamətdə heç bir
sərhəd yoxdur və hər bir ölkə sizin
üzünüzə açıqdır. Sizin
əsas vəzifəniz odur ki, dünyanın qabaqcıl ali
məktəblərində təhsil alaraq
özünüzə həyatda layiqli yer tapasınız və sonrakı fəaliyyətinizdə
Azərbaycan elmini, təhsilini yüksəklərə
qaldırasınız".
Azərbaycan.- 2012.- 19 avqust.- S. 1.