Bakıda ASAİF-in X Beynəlxalq Yay Forumu keçirilmişdir
Avqustun 18-də Bakıda
Xaricdə Təhsil
Alan və Məzun olmuş Azərbaycanlı
Gənclərin Beynəlxalq
Forumunun (ASAİF) X Beynəlxalq
Yay Forumu keçirilmişdir.
AzərTAc xəbər verir
ki, 44 ölkədən
500-dək azərbaycanlı gəncin iştirak etdiyi forumun məqsədi xarici ölkələrdə təhsil
alan gənclərin
şəbəkələşmə prosesini gücləndirmək,
azərbaycançılıq məfkurəsi ətrafında
birləşərək Azərbaycan
həqiqətlərinin xaricdə
təbliğinin daha səmərəli təşkilində,
informasiya mübadiləsində
gənclərimizə kömək
etməkdir.
Forumda əvvəlcə
ASAİF-in yaranma tarixindən
bəhs edən film təqdim olunmuşdur.
ASAİF-in sabiq sədri
Orxan Əkbərov təşkilatın ikiillik
fəaliyyəti ilə
bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. O.Ələkbərov
diqqətə çatdırmışdır
ki, forumda ilk dəfə olaraq 44-dən
çox ölkədə
təhsil alan
azərbaycanlı gənclər
iştirak edirlər.
ASAİF-in xarici ölkələrdə
təhsil alan
azərbaycanlı gənclərin
təşkilatı olduğunu
vurğulayan sabiq sədr son iki ildə bu istiqamətdə
daha geniş işlərin aparıldığını
bildirmişdir.
Sonra tədbirdə
ASAİF-in mərkəzi nəzarət-təftiş
komissiyasının ikiillik
fəaliyyəti ilə
bağlı hesabatı
dinlənilmişdir.
Forumun keçirilməsini
yüksək qiymətləndirən
xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru
Hafiz Paşayev ölkəmizdə
gənclərə olan
dövlət qayğısından
danışmışdır.
Gənclərimizin xaricdə təhsil almasının Azərbaycan
həqiqətlərinin dünyada
təbliğ edilməsində
çox böyük rol oynadığını
vurğulayan H.Paşayev
demişdir ki, elmin sürətlə inkişaf etdiyi hazırkı dövrdə
Azərbaycan gəncləri
onlara verilən imkanlardan səmərəli
istifadə etməlidirlər. Təcrübə onu göstərir ki, bu gün
Azərbaycan dünya ölkələrini təkcə
enerji resursları ilə özünə cəlb etmir, eyni zamanda, ölkəmiz
yüksək təhsili
ilə də tanınır. H.Paşayev azərbaycanlı
gənclərin xaricdə
təhsil almaq üçün göndərilmələrini
təqdirəlayiq hal kimi dəyərləndirmiş
və bu işin gələcəkdə
də davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Xaricdə oxumağın əhəmiyyətindən
danışan rektor bildirmişdir ki, hazırda bu sahədə imkanlar daha da genişlənmişdir. Xaricdə
təhsil alan
gənclərin əsas
vəzifəsi odur ki, dünyanın qabaqcıl ali məktəblərində biliklərə
yiyələnərək həyatda
layiqli yer tutsunlar və sonrakı fəaliyyətlərində
Azərbaycan elmini, təhsilini yüksəklərə
qaldırsınlar. ASAİF-in
üzvlərinə gələcək
fəaliyyətlərində uğurlar arzulayan H.Paşayev bildirmişdir ki, gənclərimizin Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
istiqamətində gördükləri
işlər dövlətçiliyimizin
daha da inkişaf
etdirilməsinə böyük
dəstəkdir.
Forumun əhəmiyyətindən danışan
gənclər və idman nazirinin müavini İntiqam Babayev xaricdə və ölkəmizdə təhsil alan
gənclərimizin bir
araya gəlməsində
belə tədbirlərin
keçirilməsinin vacibliyini
vurğulamışdır. ASAİF-in iki il ərzində gördüyü
işləri yüksək
dəyərləndirən İ.Babayev
demişdir ki, təşkilatın hər
bir üzvünün təhsil almaqla yanaşı, Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
kimi vacib bir missiyası da vardır.
Təhsil nazirinin müavini Qulu Novruzov xaricdə
təqaüdlə təhsil
alanlarla yanaşı,
öz hesablarına oxuyan azərbaycanlı gənclərin də olduğunu diqqətə çatdırmışdır. Q.Novruzov
aparılan hesablamalara
görə, xaricdə
təhsil alan
tələbələrimizin sayının 10 mindən artıq olduğunu demişdir. Bildirilmişdir ki, onların
1500-ü Təhsil Nazirliyinin
idarə etdiyi təqaüd proqramları,
dövlət proqramı
və xarici ölkələrlə təhsil
sahəsində imzalanan
ikitərəfli müqavilələrin
şərti ilə təhsil alanlardır.
Bundan başqa, Rusiyada, Türkiyədə
öz hesablarına təhsil alan
tələbələrimiz də
vardır.
Milli Məclisin deputatı Ceyhun Osmanlı ASAİF-in
səmərəli fəaliyyətinə
görə qurumun üzvlərini təbrik etmiş, bu cür forumların keçirilməsinin müsbət
cəhətlərindən biri
kimi müxtəlif ölkələrdə təhsil
alan gənclərin
bir araya gələrək yeni tanışlıq və yeni əlaqələrin qurulmasında mühüm
rolunu qeyd etmişdir.
C.Osmanlı xaricdə təhsil
alan gənclərlə
bağlı bir çox qurumların yaradıldığını, lakin
cəmiyyətimizdə ASAİF-ə rəqib heç bir təşkilatın olmadığını vurğulamışdır.
O qeyd etmişdir ki, ASAİF müasirlik,
elm, gənclik, diaspor təşkilatıdır.
Qeyd olunmuşdur
ki, bu ilin
oktyabrında ASAİF-in Vyana
Forumu keçiriləcəkdir. Milli Məclisin
deputatı gənclərimizin
həmin forumda da fəal iştirak
edəcəklərinə əminliyini
bildirmişdir.
Milli Məclisin deputatı Asim Mollazadə, Xəzər Universitetinin təsisçisi, Direktorlar
və Qəyyumlar Şurasının sədri,
professor Hamlet İsaxanlı, TürkPA-nın baş katibi Ramil Həsənov,
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və başqaları da öz çıxışında
forumun əhəmiyyətindən
danışmış və
tələbə gənclərə
uğurlar arzulamışlar.
Sonra hesabat-seçki
konfransının katiblik,
mandat və mərkəzi nəzarət-təftiş
komissiyalarının tərkibi
müəyyənləşmişdir.
Təşkilatın X Bakı Forumunda növbəti iki il üçün ASAİF-in sədrliyinə
namizədlərin çıxışları
dinlənilmiş, səsvermə
yolu ilə Ramin Həkimov qurumun yeni sədri
seçilmişdir.
Forum
"Azərbaycanlı gənclərin
ölkədən kənarda
lobbiçilik fəaliyyəti;
Dağlıq Qarabağ
probleminin dünya ictimaiyyətinə çatdırılmasının
yeni metodları" və "ASAİF-lə iki il! ASAİF
şəbəkəsi, müsbət və mənfi tərəfləri,
uğur və perspektivlər" mövzularında panel
iclaslarında müzakirələrlə davam etdirilmişdir.
Azərbaycan.- 2012.- 19 avqust.- S. 2.