Tamara Sinyavskaya: Zamanın keçməsi Müslümün yoxluğunu mənə unutdura bilməz

 

Zamanın keçməsi Müslümün yoxluğunu mənə unutdura bilməz. O, evdə də səhnədə olduğu kimi idi. Bu sözləri jurnalistlərə müsahibəsində Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya demişdir.

T.Sinyavskaya bildirmişdir ki, o, ciddi və məsuliyyətli sənətkar, əsl ziyalı, ləyaqətli insan idi. Müslüm Maqomayev yeni istedadlı gənclər, yaxşı ifaçılar ortaya çıxanda qəlbən sevinirheç kimi mühakimə etmirdi.

Özünün də müğənni olduğunu qeyd edən Tamara Sinyavskaya ifaçı üçün pərəstişkarların çoxluğunun vacibliyini, onların münasibətinin böyük əhəmiyyət daşıdığını demiş, birgə ömür sürdükləri müddətdə hər ikisində pərəstişkarların münasibətindən doğan qısqanclığın olmadığını diqqətə çatdırmışdır. Vurğulamışdır ki, pərəstişkarlar bir daha ifaçının sənətinin necə, hansı səviyyədə olduğunu təsdiqləyirlər.

T.Sinyavskaya Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu tərəfindən və cari ilin oktyabrında da keçiriləcək ikinci beynəlxalq müsabiqənin böyük sənətkarın 70 illik yubileyinə həsr olunacağını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 avqust.- S. 5.