Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir
Ağdam rayonunun cəbhə
xəttində yerləşən
Mirəşelli kəndi
yaxınlığındakı "Palıdlı" nekropolunda
aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar
aşkarlanmışdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının
rəhbəri professor Hidayət
Cəfərov AzərTAc-a
bildirmişdir ki,
"Palıdlı" nekropolunda
e.ə. XII-XI əsrlərə
aid daha beş
torpaq qəbir aşkar edilmişdir. Heç bir yerüstü əlamətə malik olmayan qəbirlər qadına, kişiyə, yaşlı, yeniyetmə və uşağa məxsusdur. Ölülər
sol və ya sağ yanı üstə bükülü
vəziyyətdə, başları
əsasən Şərqə,
ayaqları Qərbə
olmaqla dəfn edilmişlər. Qəbirlərdən 30-a qədər saxsı
qab, küp, sərnic, bardaq, cam, nehrə, qadın skeletlərinin üzərindən
külli miqdarda bəzək əşyaları
(qolbaqlar, üzüklər,
sırğalar, mindən
artıq əqiq, Misir pastası, şüşə və tuncdan muncuqlar) aşkar edilmişdir.
Keramika nümunələri dulus çarxında hazırlanmışdır.
Simmetrik quruluşlu, oturacaqları
yastı, gövdədən
yuxarı hissədə
qabarıqdır. Üzəri çərtmə
üsulu ilə dalğavari, həndəsi
və sair naxışlarla örtülüdür.
Tapıntılar nekropolda müxtəlif
sosial təbəqədən
olan insanların dəfn olunduğunu göstərir.
Professor Hidayət Cəfərov
deyir ki, Xocalı-Gədəbəy mədəniyyətinə
aid bu tapıntılar
qazıntı aparılan
ərazidə son tunc və ilk dəmir dövründə davamlı
yaşayış olduğunu,
sənətkarlığın müxtəlif sahələrinin
inkişafını təsdiqləyir. Bu materiallar ermənilərin
ərazi iddialarının
əsassız olduğunu,
Qarabağın aran və dağlıq ərazilərində tarixən
eyni mədəniyyətin
daşıyıcılarının yaşadıqlarını bir
daha təsdiq edir. Qarabağda aparılan arxeoloji
qazıntılar həm
qədim tariximizin öyrənilməsi, həm
də Qarabağ tarixini özününküləşdirməyə
çalışan ermənilərə
cavab baxımından əhəmiyyətlidir.
Tədqiqatlar sentyabrın 10-dək davam
edəcəkdir. Bu tədqiqatlar
Qarabağın zəngin
tarixinə yeni töhfələr verəcəkdir.
Azərbaycan.- 2012.- 19 avqust.- S. 6.