İqtisadi möcüzələr ölkəsi Azərbaycan: Xəzər dənizinin sahilində müasirləşmənin güclü təmsilçisi

 

Almaniyada nəşr olunan nüfuzlu "Spiegel" jurnalının 2012-ci il avqust nömrəsində ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan-Almaniya əlaqələri, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti haqqında "İqtisadi möcüzələr ölkəsi Azərbaycan: Xəzər dənizinin sahilində müasirləşmənin güclü təmsilçisi" sərlövhəli məqalə dərc edilmişdir. AzərTAc rəngli fotoşəkillərlə müşayiət olunan məqaləni təqdim edir.

Məqalədə deyilir: "Bu, sakitcə baş verən təkamül prosesinə bənzəyir: 20 il bundan əvvəl, Sovet İttifaqı dağılanda və demək olar ki, əksəriyyət üçün naməlum olan bir sıra kiçik respublikalara parçalananda, kimsə uzaq Qafqazda baş verə biləcək dəyişikliyin miqyasını təsəvvür edə bilməzdi. Almaniyada bir çoxları regiona nəzər saldıqda burada hər şeydən əvvəl, şübhəsiz ki, saysız riskcüzi şans görürdü. Amma bu olaylar Rusiyanın cənubunda və İranın şimalında Xəzər dənizinin sahilində yerləşən Azərbaycan üçün tarixdə baş verən xoş təsadüf idi. O vaxtdan bəri böyük neftqaz ehtiyatlarına malik olan bu ölkə özünün ümumi daxili məhsulunun həcmini bir neçə dəfə artırmış və bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına daxildir. Bu, özünü paytaxt şəhəri Bakının "Flame Towers" - alovu xatırladan qüllə-göydələni ilə, ölkədəki məktəblərlə və inkişaf edən iqtisadiyyatın müxtəlif sektorlarında göstərir. Azərbaycan qarşısına özünü geniş şəkildə inkişaf etdirməklə neftdən asılı olmayan sektorların qurulması məqsədini qoyub. Azərbaycan haqlı olaraq qısa müddət ərzində qənaətbəxş iqtisadi şaxələndirməyə - nəinki informasiya texnologiyalarında, eləcə də kənd təsərrüfatı sahəsində güclü artıma (2012-ci ilin birinci yarısında 10,4 faiz) nail olması ilə fəxr edir.

Digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycan öz inkişafını daha rahat şəkildə həyata keçirmişdir. Bu ölkə və onun mehriban əhalisi ilə almanların əksəriyyəti demək olar ki, yaxın keçmişdə tanış olub - keçən il alman milli komandasına qarşı seçmə futbol oyunubu ilin may ayında Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ilə. Bununla yanaşı, bir çox alman müəssisələri son səkkiz ildə  ümumi daxili məhsulun həcmini üç dəfə artıran və sonrakı on il ərzində bunu daha iki dəfə artırmağı nəzərdə tutan rəsmi Bakı ilə artıq yaxşı münasibətdədirlər. Bu müəssisələr sırasında BASF, "Bosch", "Commerzbank" və "Siemens"in adlarını çəkmək olar.

Ötən səkkiz il ərzində 9,3 milyon əhalisi olan Azərbaycanda bir milyondan artıq yeni yeri yaradılmışdır. Avropada avro ilə bağlı həyəcanın artdığı bir zamanda, Qafqaz ölkəsi öz sabitliyi ilə fəxr edir: insanların gəlirləri ölkədə inflyasiyanın səviyyəsini iki dəfə üstələyir.

İyul ayının əvvəlində Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanda gedən sürətli inkişafın onda xoş təəssürat oyatdığını bildirmişdir. Daha sonra o qeyd etmişdir ki, rəsmi Bakı və Brüssel arasındakı "Şərq tərəfdaşlığı" proqramında artıq müəyyən müvəffəqiyyət əldə edilmişdir. "Əlaqələrimizi bundan sonra da inkişaf etdirmək üçün böyük potensialımız vardır", - deyən Herman Van Rampuy vurğulamışdır ki, Azərbaycan dünyəvi bir dövlətdir və Avropa İttifaqı onun dini dəyərlərini və mədəni tolerantlığını yüksək qiymətləndirir. Bu Cənubi Qafqaz respublikasının islam ölkəsi olmasına baxmayaraq, onun əhalisi gündəlik  həyatda mövcud dini azadlıq, şəffaflıq və tolerantlıqla qürur duyur.

Mədəniyyətlərarası dialoq, təhsil və güclü iqtisadi inkişafı ilə səciyyələnən Azərbaycan təkcə tərəqqi edən ölkə kimi deyil, həm də tarazlığı saxlayan bir dövlət kimi mövqe tutur. Azərbaycan balansı saxlamaqla müasirlik üçün model kimi qəbul edilmək niyyətindədir.  Bu məqsədlə Heydər Əliyev Fondu milli və beynəlxalq səviyyədə fəaliyyət göstərir.

Təşkilat təhsil, tərbiyə və mədəniyyət, eləcə də elm, texnologiya, ekologiyaidman sahəsində çoxsaylı layihələri dəstəkləyir. Fondun Rusiya, ABŞ, Türkiyə və Rumıniyada nümayəndəlikləri vardır. Fondun məqsədi müxtəlif mədəniyyətlər arasında ortaq təmas nöqtəsini tapmaqqloballaşan dünyada dinc yanaşı yaşamanın təminatına imkan yaratmaqdır.           

Bakıda azərbaycanlıların şüurunda dərin kök salmış bir ifadəni təkrarlamağı xoşlayırlar: "Azərbaycan AvropaAsiya arasında körpüdür". Həqiqətən də iki qitənin arasında mühüm geostrateji mövqeyə malik olan bu ölkədə müxtəlif dünyagörüşləri və həyat tərzləri kəsişir, mədəni və mənəvi dəyərlər, dini inanclar çarpazlaşır, Qərb və Şərq mədəniyyətlərinin təsiri kəskin şəkildə nəzərə çarpır.

Azərbaycan tarixi abidələr və memarlığın yeni nümunələri ilə boldur. Heydər Əliyev Fondu bu məsələdə mühafizəkarlıqla islahatçılığın nadir harmoniyasını təklif edərək "Böyük oyunçu" kimi çıxış edir.

Mədəni irsin qorunması və beynəlxalq anlaşmanın dəstəklənməsi fondun əsas məqsədlərindəndir. Fond 2009-cu ildə Strasburq kafedral kilsəsində qədim vitrin şüşələrinin bərpasını maliyyə yardımı ilə dəstəkləmişdir. Həmin kafedral kilsə orta əsrlərin ən böyük abidələrindən biri hesab edilir. Memarlıq üzrə Müqəddəs Papa komissiyası ilə razılaşmada isə fond Romada tarixi bir abidənin - III-IV əsrlərdə tikilmiş Müqəddəs Peter (Sankt Peter) və Marsellina qübbəsinin yenidən bərpası üçün maliyyə vəsaiti ayıracağını bildirmişdir.

Qeyri-hökumət təşkilatı olan fond dünyanın digər oxşar təşkilatlarından fərqli olaraq, müxtəlif vəzifələri həyata keçirir - xeyriyyəçilik, uşaq evlərinin və təhsil müəssisələrinin təmiri və onların maliyyə vəsaiti ilə dəstəklənməsi, eləcə də çoxşaxəli layihələrin maliyyələşdirilməsi fondun nəcib missiyalarındandır. Fond Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların tədbirlərinə yardım göstərmişdir. Həmin tədbirlərdə ictimai dialoqsosial infrastruktun inkişafı diqqət mərkəzinə çəkilmiş, dünyada savadsızlığın aradan qaldırılması, gender bərabərliyi, milli və mədəni rəngarənglik, eləcə də uşaq hüquqlarının qorunması, mədəniyyətlərarası dialoqun genişləndirilməsi və etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması müzakirəyə çıxarılan əsas mövzular olmuşdur. Fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva demişdir: "Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri əxlaqi ideyaların dəyərdən salınması və onların yanlış ideyalarla əvəz edilməsidir. Azərbaycan islam ölkəsi olmasına rəğmən dünyəvi dəyərləri qoruyub saxlamaqla yanaşı, beynəlxalq əlaqələrini də ardıcıl surətdə gücləndirməyə müvəffəq olmuşdur".

Heydər Əliyev Fondu 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir və UNESCO ilə müxtəlif təhsil proqramlarını dəstəkləyir. Fond öz ölkəsində "Yeniləşən Azərbaycana yeni məktəb" təşəbbüsü ilə çıxış etmiş, bu layihə çərçivəsində 300 yeni məktəb inşa olunmuşdur.

Fondun prezidenti Mehriban Əliyeva ölkədə ilk neft bumundan sonra uzun ənənəyə malik olan xeyriyyəçiliyin Azərbaycanda yenidən canlandırılmasını görülən bütün işlərin ən görkəmli bir nəticəsi kimi qiymətləndirmişdir. Xanım Əliyeva bildirmişdir ki, Bakının özü memarlıq xəzinəsinə malikdir: "Yaxşıdır ki, bu ənənə Şərq və Qərbin kəsişməsində yerləşən və çox qədim tarixə malik olan tolerant və dünyəvi Azərbaycanda davam etdirilir. Keçmişmüasir dövr mükəmməl harmoniyada yaşayır".

Təhsil və maliyyə yardımı kampaniyalarının nəticələri özünü artıq dövlət statistikasında da büruzə verir. Yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə enmiş, ümumi daxili məhsulun həcmi sabit şəraitdə sürətlə artmaqda davam edir. Əlbəttə, aparıcı beynəlxalq maliyyə institutları bunu qiymətləndirirlər. Xəzər dənizinin sahilindəki islahatçılar keçən 20 il ərzində iqtisadiyyatı liberallaşdırmış, özəl biznes strukturlarının yaradılması və fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmış və ölkədə investisiya mühitini yaxşılaşdırmışlar. Nəticədə ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faiz həddini aşmışdır. Hazırda Cənubi Qafqazın bütövlükdə iqtisadiyyatının dörddə üçü Azərbaycanın payına düşür. Bu gün Azərbaycan artıq təkcə özünün zəngin neftqaz  ehtiyatlarına güvənmir, qeyri-neft sektorunun inkişafına əsaslanan ölkənin gələcək inkişaf modelinin gerçəkləşməsi istiqamətində inamla addımlayır. Azərbaycan elmtexnologiya, təhsil və səhiyyə sektorlarını inkişaf etdirərək, cəmiyyəti yeni məqsədlərə doğru yönəldərək müasirləşir. "Ulduz"lara çatmaq arzusu artıq uzaqda deyildir. Azərbaycan artıq yaxın zamanlarda özünün ilk peykini kosmosa göndərəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 23 avqust.- S. 1; 2.