XXI əsrin inkişaf beşiyi Sumqayıt

 

 Bakı standartlarına yaxınlaşan şəhərin siması sürətlə dəyişir

 

 Azərbaycan iqtisadi qüdrətini davamlı şəkildə, sürətlə artırır. Vaxtında yerinə yetirilən dövlət proqramları, müvafiq siyasi islahatlar, qəbul edilən qanunlar və digər amillər bu iqtisadi yüksəlişin əsas səbəbidir. Bunun nəticəsidir ki, beynəlxalq hüququn daha güclü müstəqil subyekti qismində çıxış edən dövlətimizin mövqe və maraqları regional xarakterli proseslərin inkişaf axarında mütləq nəzərə alınır və Azərbaycanla razılaşdırılır. Bu gün Cənubi Qafqazda həyata keçrilən və yaxud gələcəkdə keçirilməsi nəzərdə tutulan transmilli layihə ölkəmizin iştirak və razılığı  olmadan reallaşdırıla bilməz.

Qeyd olunan kontekstdə Azərbaycan üçün xarakterik cəhətlərdən biriyaşanan sürətli tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü bariz formada əks etdirməsi, insanların maddi rifah halının yüksələn xətt üzrə inkişaf etməsidir. Daha bir önəmli məqam isə sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus uğurlu modelin əsasını qoymuş Azərbaycanda   yaşanan  tərəqqinin dinamik və davamlı xarakter daşıması üçün onun kifayət qədər möhkəm özüllər üzərində qurulmuş bazisinin yaradıldmasıdır. O da birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin ideyaları böyük uğurla həyata keçirilir. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkənin iqtisadi qüdrəti davamlı şəkildə yüksəlir. Mövcud dinamik tərəqqinin paytaxtregionlar arasında bərabər qaydada paylanması isə inkişafın uğurlu bir şəkildə ölkə miqyasını əhatə etməsinə  gətirib çıxarıb. Sərbəst bazar münasibətləri şəraitində sabit, sürətli inkişaf məntiqinə əsaslanan məqsədyönlü dövlət  siyasəti, eyni zamanda, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində də mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir.

Respublikada yaşanan inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Ötən əsrin ortalarından xariqələr diyarı kimi ad çıxaran və əzəmətli görkəmini yenidən bərpa edən, genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer almağa layiq olan  Sumqayıt  həm də sürətli inkişafın əsas ünvanlarından biridir. Əgər bu gün dünyada respublikamız lider kimi çıxış edirsə, ölkə daxilində bu səviyyəni Sumqayıt şərəflə qoruyub saxlayır. Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən  Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən vacib  səbəblərindən biri bütün bölglər kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.

Regionların inkişafına dair icrası uğurla davam etdirilən ikinci dövlət proqramı əsasında Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Bu gün Sumqayıtın mövcud potensialından daha səmərəli istifadə etməklə burada, ilk növbədə, müxtəlif profilli sənaye sahələrinin inkişafı sürətləndirilir. Bu islahatlar  sahibkarlara lazımi dəstəklə müşahidə olunur və şəhərin iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirilməsi həyata keçirilir. Sumqayıtın infrastruktur təminatının yaxşılaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Eyni zamanda, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması həmişəki kimi bu gün də şəhər icra strukturlarının diqqət mərkəzindədir.

Sumqayıtın indi həm əhalinin say tərkibi baxımından, həm də inzibati ərazi vahidi olaraq sürətlə böyüməsi onun daha da inkişafına rəvac verən əsas amillərdəndir. Bakının bir addımlığında yerləşən şəhərin qarşısında duran mühüm hədəflərdən biri Sumqayıtın  Bakı standartlarına sürətlə yaxınlaşmasıdır. Bu yaxınlaşmanı Prezident İlham Əliyev belə dəyərləndirmişdir: "Sumqayıtla Bakı demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedirbu yolboyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər".

Ötən əsrin simvol şəhərlərindən olan Sumqayıt, sözün həqiqi mənasında, bu gün inkişafının yüksək mərhələsini yaşayır. Bu mənzərəni şəhərdə bir müddət olmayan hər kəs daha qabarıq görə bilər. Bu gün şəhərin elə bir küçəsi, elə məhəlləsi yoxdur ki, orada yeniliklərə imza atılmasın. Bu göstəriciləri bir qədər açıqlayaq.

Hazırda Azərbaycanı dünya miqyasında fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Tolerantlığı ilə seçilən Sumqayıt dindarları Cümə məscidinin yenidən qurulması üçün ölkə başçısına müraciət etdilər  və Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məscidində başlanan təmir işləri sona çatmaq üzrədir. Burada görülən işlər ölkə başçısının təklif və tövsiyələri əsasında aparılıb. Belə ki, məscidin yanında 34 metrlik minarənin ucaldılması artıq sona çatıb. Minarədə hazırda son tamamlama işləri görülməkdədir. Məscidin giriş qapısı Şərq memarlığı üslubunda xüsusi daşlarla bəzədilib, içəridə islam qaydalarına uyğun bəzək işləri görülüb. Hazırda məscidin havalanma sistemi quraşdırılır. Burada çalışanlar - Ramiz Dadaşov, Elçin İbişov, Mirməcid Eyvazovİlqar İbişov gördükləri işlərdən zövq aldıqlarını bildirdilər. Sumqayıtın müqəddəs ocağında onların əl işlərinin olmasını taleyin qisməti kimi qarşıladıqlarını bildirdilər. Hazırda məscidin ətrafında yaşıllaşdırma işləri aparılır. Ziyarətgaha gedən yollar asfaltlanaraq standart qaydalara uyğunlaşdırılır.

Şəhərdə həyata keçirilən abadlıq işləri xüsusi proqram üzrə aparılır. Heydər Əliyev, Koroğlu prospektlərində,  Sülh, N.Nərimanov küçələrində mövcud tikililər, yaşayış binaları yenidən qurulur. Küçələrə  mərmərdən səki daşları düzülür, binaların damörtükləri və fasad hissələri tam yenilənir. Respublikanın ikinci böyük şəhəri Sumqayıtda əvvəllər küçələrdə mağaza və iaşə obyektləri nizamsız şəkildə düzülmüşdü, estetik baxımdan şəhərin görkəminə xələl gətirirdi. Sıxlıq yaradan, görünüşə xələl gətirən müxtəlif ölçüdə köşklərin götürülməsi işləri artıq başa çatdırılıb. Həmin obyektlərin yerində hazırda yaraşıqlı, xüsusi zövqlə hazırlanmış və şəhərə gözəllik verən dükanlar düzənlənmişdir.  

Bakı-Quba magistral yolundan Sumqayıt istiqamətinə ayrılan qoldan gələn hər kəs bu şəhərdə baş verən dəyişikliklərlə qarşılaşır. Hər iki tərəfdən təbii yaşıllıqlara qərq olan yolun ətrafında sıra ilə cərgələnən hasarın işıqlandırılması insanı valeh edir. Axşamlar işıq selinə qərq olan Sumqayıt isə bir başqa aləmdir.

Bu gün şəhərin bütün parklarında da əsaslı yenidənqurma işləri aparılır, şəhərə giriş yolları modernləşdirilir. Nəsimi adına mədəniyyət və istirahət parkının bir neçə hissəsi artıq sakinlərin ixtiyarına verilib. Ümumiyyətlə, bəzi şəhərlərin sakinləri axşamlar parklarda gəzintiyə üstünlük verirlər. Sumqayıtlılar da axşamüstü mavi Xəzərin sahilində gəzməyə çıxır, zövqlə bəzədilmiş Nəsimi parkındakı şəraitə görə onu yaradanlara minnətdarlıq edirlər.

Heydər Əliyev parkının bir hissəsində təmir artıq yekunlaşıb və sakinlərin ixtiyarına verilib. Parkın girəcəyində piramida tipli estakadalar quraşdırılmışdır və orada ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri yerləşdirilib. Girişə gözəllik verən ikinci bir yenilik 8 metr hündürlükdə ucaldılan saat qülləsidir. Milli ornamentlərlə bəzədilən pakrda istirahət meydançası və fəvvarələr quraşdırılıb. Burada yaşıllıq zolaqları salınıb, attraksionlar uşaqların ixtiyarına verilib. Müasir işıqlandırma sistemi bu parkı digərlərindən fərqləndirən cəhətlərdəndir. Yeni dizaynda oturacaqlar, tamet döşəmələr burada işin zövqlə aparılmasından xəbər verir.

Şəhər sakinlərinin arzuları nəzərə alınaraq mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edilib. Bu gün şəhərin bir neçə mikrorayonunda nümunəvi məhəllələr də yaradılıb. Artıq şəhərdə əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində - 18, 13 və 10-cu mikrorayonlarda müvafiq infrastruktura malik məhəllələr yaradılaraq əhalinin ixtiyarına verilmişdir. Bu məhəllələrdə bir vaxt tikilən qarajlar, necə gəldi sakinlər tərəfindən qanunsuz şəkildə zəbt edilən torpaq sahələri təmizlənərək əhalinin istirahəti üçün lazım olan qurğularla əvəzlənmişdir. Həmin məhəllələrdə süni örtüklü idman meydançaları, xeyir-şər evləri, sakinlərin istirahəti üçün çardaqlar, uşaqlar üçün guşələr, yumşaq ev əşyalarının yuyulub qurudulması üçün ətrafı bağlı yerlər yaradılmışdır. Nümunəvi məhəllələrin ətrafına yeni ağaclar əkilmiş, əraziyə asfalt döşənmiş, oturacaqlar düzülmüşdür. Əhalinin asudə vaxtının təşkilinə, gənclərin xoşagəlməz vərdişlərdən yayındırılmasına xidmət edən, uşaqlar üçün müxtəlif oyun və idman qurğularının yerləşdiriləcəyi növbəti belə bir nümunəvi mikrorayon - 17-ci mikrorayon yaradılıb. Həmin ərazidə yerləşən 20 yaşayış binasının fasadı təmir edilmiş, zövqoxşayan boyalarla bəzədilmişdir. Mikrorayonda abadlıq, yaşıllaşdırma işləri başa çatmış, yeni nümunəvi məhəllə yaradılmışdır.

Sumqayıtın yollarında da xeyli təmir işləri aparılmışdır. Şəhərin mikrorayon,   məhəllə və qəsəbələrində yollara asfalt döşənmiş, piyada keçidləri üçün səkilər qaydaya salınmışdır. Qəsəbələrin işıqlandırma sistemləri yeniləri ilə əvəzlənir, qədim tarixə malik binalar yararlı hala gətirilir. Sosial infrastrukturun yenilənməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması hər zaman diqqət mərkəzində yer alır.

Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibatı binası, Bayraq meydanının tikintisi aparılır. Həmin əraziyə tamet döşənmiş, yaşıllaşdırma işləri görülmüşdür. Şəhərin xüsusi embleminə çevriləcək Bayraq meydanında işlər  tezliklə sona çatacaqdır.  Şəhərin girəcəyində də təmir işləri davam etdirilir. Ətrafda aparılan abadlıq işləriylə yanaşı, uzun müddət təmirsiz qalmış simvolda da yenidənqurma işləri aparılır. Daha keyfiyyətli materiallarla formasını saxlamaqla təmir edilən həmin simvol- göstərici tezliklə tam şəkildə təmir ediləcəkdir. 

Sumqayıta səfəri  zamanı Prezident İlham Əliyev  burada aparılan tikinti-abadlıq işləri ilə tanış olarkən bildirmişdir: "Biz istəyirik ki, daha çox qonaq gəlsin və görsünlər Sumqayıt necə gözəl, abad şəhərə çevrilibdir. Yaşıllıqlar salınıb, burada yaşamaq, istirahət etmək üçün yeni şərait yaradılıb.

Yenə də demək istəyirəm ki, bu, işin bir tərəfidir. İkinci tərəf ondan ibarətdir ki, - bu barədə də mən kifayət qədər geniş fikirlər söyləmişəm, - Sumqayıt ölkəmizin sənaye mərkəzinə çevrilməlidir. Bunu etmək üçünimkanlar vardır. Yenə də deyirəm, Sumqayıt sənaye şəhəri, kimyaçılar şəhəri kimi yaranmışdır. Ancaq indi Sumqayıt gərək müasir sənaye şəhəri kimi inkişaf etsin".

Bəli, bu gün paytaxtın bir addımlığında yaşamaq şansını taleyindən keçirən Sumqayıt tezliklə Bakı standartlarına çatacaqdır. Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Sumqayıtın da özünəməxsus payı varümumi inkişafa şəhərin verdiyi töhfələr ildən-ilə artır. Gələcəkdə yaşanacaq illərdə görüləcək işlərin miqyası olduqca genişdir və qarşıya qoyulan hədəflərə çatmaq üçün həmişəki kimi Sumqayıt sakinlərinin əzmlə, şövqlə çalışacağı şübhəsizdir. Ümummilli lider Heydər Əliyevin "kiçik Azərbaycan" adlandırdığı XXI əsrin islahatinkişaf beşiyi olan Sumqayıtda isə hər bir sakin ölkə başçısının qayğı, tapşırıq və tövsiyələrinə əməli işləri ilə cavab verir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 23 avqust.- S. 3.